Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda ASK sahəsində layihələrin kreditləşməsi üçün “Bank Respublika” ASC-yə 6 milyon dollar ayırır. Bu barədə “İnterfaks-Azərbaycan”a AYİB-dən məlumat verilir.
“Tərəflər arasında iki kredit sazişi imzalanıb. Bu vəsaitin 2 milyon dolları AZAFF kənd təsərrüfatı layihəsi çərçivəsində sərf olunacaq, daha 4 miyon dolları – kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditin payına düşəcək”, - AYİB-dən qeyd ediblər.
“AZAFF layihəsi çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb. Cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək. Hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək”, - “Bank Respublika”nın məlumatında deyilir.
Bu, “Bank Respublika” üçün beynəlxalq maliyyə institutları ilə 2019-cu ildə imzalana üçüncü sazişdir. Öncə bank Hollandiya İnkişaf Bankı (FMO) ilə kredit sazişi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta-svopu müqaviləsi bağlayıb.
“AYİB-in Azərbaycanın maliyyə bazarına qayıtması, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatında əlverişli investisiya mühitinin yarandığından xəbər verir. AYİB-in Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsi bizim banka olan yüksək etimadın göstəricisi eləcə də, Azərbaycanın mikro, kiçik və orta biznes seqmentinin liderlərindən biri olmasının daha bir təsdiqidir. İmzalanan saziş, sahibkarlığa, xüsusən də regionlarda kənd təsərrüfatının inkişafı üçün kredit dəstəyini gücləndirməyə imkan verəcək”, - məlumatda “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılovun sözlərindən sitat gətirilir.
“Bank Respublika” 1992-ci il fevral ayının 17-də yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasına Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT də daxildir. Bankın səhmlərinin 84%-i sahibkar Natiq Quliyevə və onun ailə üzvlərinə məxsusdur.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür. 31 avqust 2019-cu il tarixinə AYİB Azərbaycanda 168 layihəni maliyyələşdirib. Həmin layihələrə ümumilikdə 3,43 mlrd. avro yatırılıb. Hazırda bank respublikada 37 layihə reallaşdırır və 1,4 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bankın portfelinin 23%-i özəl sektorun, 1%-i isə kapitala qoyulan sərmayələrin payına düşür. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət