“Şahdağ” Turizm Mərkəzinin rəhbəri Rodderik Leffler 2019-2020-ci illərin qış mövsümündə turist axınının 5% artacağını proqnozlaşdırır.
"Kompleksimizin fəaliyyət göstərdiyi 6 il ərzində ilk dəfə olaraq bu mövsümdə qonaqlar üçün bütün xizək yollarını istifadəyə vermişik, buna görə də turist axınının ötən mövsümlə müqayisədə 5% artacağını gözləyirik", - deyə o, qış mövsümünün açılışı münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.
R.Leffler qeyd edib ki, xarici qonaqların böyük hissəsini Rusiya və Qazaxıstandan olan turistlər təşkil edir.
O, həmçinin deyib ki, qonaqların və ziyarətçilərin rəylərini nəzərə alaraq, qarşıdakı mövsümdə bu kompleksdə turizm xidmətlərinin qiymətləri 15% aşağı salınıb.
Kompleksin rəhbəri vurğulayıb ki, yeni layihələrin həyata keçirilməsi, xüsusilə 2020-ci ilin avqustunda diceylərin festivalının təşkil edilməsi planlaşdırılır. Bundan başqa, tələbələr üçün yay düşərgəsinin təşkili də nəzərdə tutulur.
Onun sözlərinə görə, kompleksin ərazisində SOCAR-ın yanacaqdoldurma məntəqəsinin tikintisi ilə bağlı işlər başa çatmaq üzrədir. "Biz bura şəxsi avtomobillərində gələn qonaqlarımızın rahatlığını və məmnun qalmalarını təmin etmək üçün çalışırıq”, - deyə R.Leffler bildirib.
“Şahdağ Turizm Mərkəzi” QSC Azərbaycan Dövlət Turizm Agentliyinin strukturuna daxildir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət