2019-cu ilin əvvəlindən Azərbaycanın qızıl-valyuta ehtiyatları 11,4% artaraq $49,2 milyona çatıb. Bu barədə Belarusun banki24 nəşrinin dərc etdiyi analitik icmalda deyilir.
“Neft-qaz dövlətlərində valyuta hetiyatlarının bir hissəsi strateji dövlət fondlarında yerləşdirilib. Bu, Azərbaycanda ARDNF-dir (Dövlət Neft Fondu). 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi qızıl-valyuta ehtiyatları 11,4% artaraq $49,2 milyona çatıb. Ümumi qızıl-valyuta ehtiyatlarında ARDNF-nin payı 87,5% təşkil edir”, - icmalda qeyd edilir.
Nəşrin qiymətləndirmələrinə əsasən, 2019-cu il noyabrın sonuna Azərbaycanda adambaşına qızıl-valyuta ehtiyatları $4,89 min təşkil edib. “Bu göstərici üzrə Azərbaycan MDB-də Qazaxıstan və Rusiyanı geridə qoyaraq birinci yerdə qərarlaşıb. İlin əvvəlindən Azərbaycanda adambaşına qızıl-valyuta ehtiyatları $470 artıb”, - hesabatda deyilir.
Nəşrin qiymətləndirmələrinə görə, 2018-ci ilin sonundan 2019-cu ilin noyabr ayına qədər dövr ərzində MDB və Şərqi Avropanın 18 ölkəsindən 16 dövlət dollar hesablaşmasında ehtiyatları artırıb, onlardan yalnız 2-si – Bolqarıstan və Rumıniya ehtiyatları azaldıb. MDB-nin bütün ölkələri qızıl-valyuta ehtiyatlarını artırıb, amma Qazaxıstan və Gürcüstan daha az həcmdə artırıb.
Azərbacanın qızıl-valyuta ehtiyatları AMB-nin ehtiyatları və ARDNF-nin aktivlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları $53,7 milyard həcmində pil səviyyəyə çatıb. 2014-cü ilin dördüncü rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb və milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar 2015-2016-cı illərdə davam edib. 2017-ci ilin əvvəlindən valyuta ehtiyatlarının artımı bərpa olunub. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət