Prezident İlham Əliyev bazar ertəsi “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib.
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat (2019-cu illə müqayisədə artım 4,2%), xərcləri 26 milyard 894,7 milyon manat (artım 6,8%), kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-nin 3,3%-i səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barrelinin qiyməti $55 olmaqla hesablanıb (2019-cu il üçün neftin bir barrelinin qiyməti $60-dan hesablanıb).
Gəlirlərin strukturunda 13 milyard 530 milyon manatın (56%) neft sektoru, 10 milyard 604,5 milyon manatın (43,9%) qeyri-neft sektorundan daxilolmalar hesabına təmin edilməsi planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 12% artacağı proqnozlaşdırılır.
Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 875 milyon manat (2019-cu illə müqayisədə artım 7,6%) və ya büdcə gəlirlərinin 32,6%-i, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 4 milyard manat (artım 8%) və ya gəlirlərin 16,6%-i səviyyəsində nəzərdə tutulub.
2020-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 11 milyard 350 milyon manat (2019-cu ilin göstəricisi ilə müqayisədə azalma 0,1%) və ya bütün büdcə gəlirlərinin 47%-i səviyyəsində nəzərdə tutulub. Bundan başqa, proqnozlara görə, dövlət büdcəsinin gəlirlərinin 3,5%-i büdcə təşkilatlarının büdcədənkənar gəlirləri, daha 0,3%-i isə sair gəlirlər hesabına təmin olunacaq.
Xərclərin strukturunda 10 milyard 373,7 milyon manat məbləğində vəsaitin (artım 33,5%) sosial məqsədlərə yönəldilməsi planlaşdırılır ki, bu da dövlət büdcəsi xərclərinin 38,5%-ni təşkil edir.
Proqnozlara görə, 17 milyard 275,9 milyon manat (xərclərin 64,2%-i) cari xərclərin, 7 milyard 809,6 milyon manat (xərclərin 29%-i) əsaslı xərclərin payına düşəcək. Dövlət borcuna xidmət xərcləri 1 milyard 828,2 milyon manat və ya dövlət büdcəsi xərclərinin 6,8%-ni təşkil edəcək. 2019-cu illə müqayisədə dövlət borcuna xidmət xərcləri 21,7% azalacaq.
2020-ci ildə Azərbaycanda ÜDM-nin 3% artacağı proqnozlaşdırılır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət