2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyon 371 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 46% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $294 milyon 985 min (artım 1,7 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $119 milyon 462,8 min dəyərində (artım 70%) 325,9 min ton şəkər xammalı və şəkər (artım 70%), $79 milyon 795,5 min dəyərində (azalma 8,1%) 103,8 min ton bitki yağı (artım 2,6%), $43 milyon 614,9 min dəyərində (artım 2,9%) 11,144 min ton çay (artım 2,1%), $56 milyon 914,4 min dəyərində (artım 1,6%) 11,149 min ton kərə yağı və süd (artım 16,6%) idxal edilib.
Yanvar-oktyabr aylarında respublikaya $22 milyon 90,6 min dəyərində (artım 6,5%) 6,996 min ton iribuynuzlu heyvan əti (artım 3,2%), $36 milyon 233 min dəyərində (artım 14,9%) 30,728 min ton quş əti və quş əti məhsulları (artım 10%) idxal edilib.
Yanvar-oktyabr aylarında Azərbaycana $89 milyon 647.8 min dəyərində (artım 17%) 88,334 min ton meyvə (artım 2,2%), $8 milyon 885,6 min dəyərində (artım 23,1%) 16,878 min ton tərəvəz (artım 30%), $40 milyon 491,7 min dəyərində (artım 43,1%) 150,5 min ton kartof (artım 36,5%) idxal edilib.
Hesabat dövründə ölkədən $166 milyon 820,4 min dəyərində (azalma 1,4%) 180,2 min ton tərəvəz (azalma 7,3%), $258 milyon 934,8 min dəyərində (artım 26%) 217,2 min ton meyvə (artım 20,1%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $24 milyon 154,6 min dəyərində (artım 9,9%) 55,53 min ton şəkər (artım 45,6%), $6 milyon 219,4 min dəyərində (azalma 16,6%) 7,101 min ton bitki yağı (azalma 17,1%) ixrac edilib.
Həmçinin yanvar-sentyabr aylarında Azərbaycan $8 milyon 750.4 min dəyərində (аrtım 14,1%) 7,81 min ton meyvə və tərəvəz şirələri (artım 30,6%), $6 milyon 79,3 min dəyərində (azalma 5,6%) 444,9 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 22,5%), $7 milyon 51,2 min dəyərində (аrtım 2,3%) 5 min 529,4 ton meyvə və tərəvəz konservləri (artım 2,3%), $11 milyon 68,1 min dəyərində (artım 23,6%) 5,334 min ton tütün (artım 1,8 dəfə) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət