“VTB Bank (Azerbaijan)” ASC Azərbaycanda əhalinin problemli kreditlərinin təkrar strukturlaşdırılması müddətini uzatmağı təklif edir. Bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.
Onun sözlərinə görə, bank problemli kreditlər üzrə kompensasiya ödənişləri prosesini uğurla başa çatdırıb, lakin təkrar strukturlaşdırılma prosesi bir qədər ləng gedir.
“Bank nəzərdə tutulan kompensasiya həcminin 98%-ni ödəyib. Qalan 2% əsasən kompensasiya üçün müraciət etməyən müştərilərin payına düşür. Təkrar strukturlaşdırılmaya gəlincə isə buradakı göstəricilər aşağıdır. Kreditlərin sayı üzrə 56%, həcm üzrə isə - 52% təkrar strukturlaşdırılıb. Bu, müştərilərin özlərinin fəallığının aşağı olması ilə əlaqədardır. Bu səbəbdən təkrar strukturlaşdırılma müddətinin uzadılması barədə düşünmək mümkün olardı”, - Kirin cümə axşamı mətbuat konfransında bildirib.
Kirin vurğulayıb ki, bankın ödəniş edəcəyi kompensasiyaların ümumi məbləği 17 milyon manata yaxın təşkil edirdi.
“Bank kompensasiyaların ödənişi çərçivəsində 9,5 min müştəriyə 17 milyon manata yaxın vəsait ödəməli idi. Qeyd etdiyim kimi, bu həcmin 98%-i ödənilib. Təkrar strukturlaşdırılma üzrə portfel 19,9 milyon manat məbləğində 5,7 min müqavilə təşkil edib. Burada proses daha zəif gedir, üzürlü səbəblərdən təkrar strukturlaşdırılma üçün müraciət etməyən müştərilər var. Düşünürəm ki, onlar üçün bu müddəti uzatmaq mümkün olardı (kreditlərin təkrar strukturlaşdırılmasının müddəti 2019-cu ilin sionunda çaşa çatır - İF)”, - Kirin əlavə edib.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99%-i “VTB Bank” ASC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət