2020-ci ildə Azərbaycanda biznesin dövlət hesabına güzəştli kreditləşməsinin həcmi 200 milyona manata yaxın təşkil edəcək. Bunu prezident İlham Əliyev deyib.
“Pambıq istehsalı sahəsinə daha çox güzəştli kreditlər ayrılmalıdır. İqtisadiyyat Nazirliyinə göstəriş verilir ki, bu məsələlər təhlil edilsin. Gələn il təqribən 200 milyon manata yaxın güzəştli kreditlər nəzərdə tutulur və pambıqçılıq sahəsinə kifayət qədər vəsait ayrılmalıdır”, - İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə bildirib.
Onun sözlərinə görə, pambıq tədarükü üçün ən müasir texnika alınıb.
“Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik”, - prezident əlavə edib.
Əliyev vurğulayıb ki, pambıqçılıq sahəsi kifayət qədər gəlirli sahədir.
“Cari il ərzində pambıqçılıq Azərbaycana 111 milyon dollar gəlir gətirib. O cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi ixrac edilib. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, - bu, birinci hədəfdir, - əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər”, - prezident qeyd edib.
Eyni zamanda, dövlət başçısı hesab edir ki, pambıq istehsalında qabaqcıl texnologiyaların istifadəsi zəruridir, bu məhsuldarlığı artırmağa kömək edəcək.
“Bu il hər hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib, gələn il bu göstərici 30 sentnerdən çox olacaq. Belə olan halda 300 min tondan çox pambıq yığılacaq. Gələn il biz pilot layihələrin sahəsini artırmalıyıq və Kənd Təsərrüfatı Nazirliyi bu məsələ ilə bağlı öz təkliflərini verməlidir”, - prezident bəyan edib.
Onun rəyinə görə, həmçinin pambıqtəmizləmə zavodlarının modernizasiyası zəruridir.
“Hesab edirəm ki, özəl qurumlar bu sahəyə diqqət yetirməlidirlər. Bütövlükdə araşdırılmalıdır ki, prinsipcə, bizə yeni pambıqtəmizləmə zavodlarının tikintisi lazımdır, yoxsa yox? Əgər lazımdırsa, hansı həcmdə ki, dövlət tərəfindən veriləcək dəstək də bəri başdan hesablansın. Yeni iplik fabrikləri yaradılmalıdır. Çünki hələ ki, yığılan pambığın 40 faizi emal olunur. Bu, pis göstərici deyil. Ancaq çalışmalıyıq ki, mahlıc 100 faiz emal olunsun. Çünki bu, əlavə dəyər zənciri, iş yerləri yaradır. Sənaye istehsalı da artacaq. İplik fabriklərinin tikintisi çox gəlirli sahəyə çevriləcək. Lazım olarsa, dövlət öz tərəfindən güzəştli kreditlərlə bu layihələri dəstəkləyə bilər. Son hədəf hazır məhsul istehsal etməkdir. Bu məqsədlə yeni toxuculuq, trikotaj fabrikləri tikilməlidir, yem, yağ fabrikləri yaradılmalıdır. Bütün bunlar bizim iqtisadiyyatımızı gücləndirəcək və əlavə minlərlə iş yeri yaradacaq”, - Əliyev əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət