Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin nümayəndə heyətinin “Azerbaijan Digital Hub” proqramının icrası çərçivəsində 17-18 dekabr tarixində Çin Xalq Respublikasına səfəri baş tutub. Səfər çərçivəsində Çinin texnologiyalar, e-ticarət, internet və digər əlaqəli sahələrdə fəaliyyət göstərən iri holdinqi olan “Alibaba Group”un rəhbərliyi ilə görüş keçirilib, əməkdaşlıq əlaqələri müzakirə olunub.
“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev və şirkətin strategiya üzrə müşaviri Azər Bayramov Çinin Hançjou şəhərində yerləşən “Alibaba Group”un Baş Ofisində şirkətin vitse-prezidenti Brayan Vonq ilə görüşdə “AzerTelecom”un icra etdiyi “Azerbaijan Digital Hub” proqramı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, proqramın məqsədi dayanıqlı infrastruktur qurmaqla Asiya ilə Avropa arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunu formalaşdırmaq, regional Data mərkəz qurmaq, dünyanın iri kontent provayderlərini Azərbaycanda fəaliyyət göstərməyə cəlb etmək və Azərbaycanı regional rəqəmsal mərkəzə çevirməkdir. Görüşdə icra olunan layihələr barədə məlumat verilib və qeyd edilib ki, proqram çərçivəsində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yaxın zamanda inşa ediləcək Transxəzər Fiber Optik kabel xətləri iri həcmli məlumatların ölkəmiz vasitəsilə Şərqə daşınmasına, Asiya qitəsinin data tranzitinə olan ehtiyacının qarşılanmasına imkan verəcək.
Həmçinin “AzerTelecom” nümayəndələrinin “Alibaba Group”a daxil olan və bulud xidmətləri təqdim edən “Alibaba Cloud” şirkətinin nümayəndələri ilə də görüşü keçirilib və şirkətlərin imkanları, eləcə də əməkdaşlıq perspektivləri müzakirə edilib.
Keçirilmiş görüşlərin yekunu olaraq “AzerTelecom” və “Alibaba Group” arasında gələcək əməkdaşlıq üzrə fəaliyyət planı razılaşdırılıb. Səfər çərçivəsində həmçinin Çinin texnologiyalar və telekommunikasiya sahələrində fəaliyyət göstərən bir sıra digər şirkətləri ilə də görüşlər keçirilib.
“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, IT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Çin yanvar-fevral aylarında Azərbaycandan $7 milyona yaxın məbləğdə neft məhsulları alıb
Qurbanov “Azneft” İstehsalat Birliyinin baş direktoru təyin edilib
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət