Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) 2020-ci ilin may ayında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verməyi nəzərdə tutur. Bunu Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Cümə axşamı prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək dedi:
“Yolun ümumi uzunluğu 192 kilometr təşkil edir. Təmir işləri 4 hissəyə ayrılıb. Yol ödənişli olacaq. Ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq. 2020-ci ilin may ayının əvvəllərində Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur”, - Məmmədov dövlət başçısına məlumat verib.
O qeyd edib ki, hazırda Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi 4 lot üzrə aparılır. Pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çəkilişi üçün dövlət torpağından ayrılıb. Yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub.
“Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. 8 gediş, 8 qayıdış hissəsində dayanacağın quraşdırılması nəzərdə tutulub. Yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcək”, - Məmmədov bildirib.
Azərbaycan prezidenti qeyd edib ki, bu yolun tikintisinə böyük ehtiyac var. İndi həm Rusiya ilə ticarət dövriyyəsi artır, həm də Azərbaycan tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur.
“Belə olan halda, əlbəttə ki, bizim yol infrastrukturu artan yükləri daşımaq üçün yeni imkanlara malik olmalıdır. Eyni zamanda, sərnişinlər üçün də çox gözəl imkanlar yaradılacaq. Çox təhlükəsiz bir yol olacaq və eyni zamanda, şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq”, - Əliyev bildirib.
O qeyd edib ki, o cümlədən Şahdağ qış xizək kurortuna, Qubanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Eyni zamanda, bu, çox mənzərəli yol olacaq, çünki sahilboyu gedəcək.
“Əminəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, inkişaf var, ticarət var, rahatlıq var”, - dövlət başçısı vurğulayıb.
Prezident İ.Əliyev 2018-ci il fevralın 19-da H.Z.Tağıyev qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni avtomobil yolunun tikintisinə 150 mln. manat (cari məzənnə ilə $88,2 mln.) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bu avtomobil yolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq və turizmin inkişafına təkan verəcək.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət