Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunmuş sənədə görə, 2020-ci ildə fondun gəlirləri 12 milyard 384 milyon 88,2 min manat, xərcləri 11 milyard 589 milyon 910,3 min manat məbləğində proqnozlaşdırılır.
Beləliklə, ARDNF-in büdcəsinin profisiti 794 milyon 177,9 min manat və ya ÜDM-nin 0,95%-i səviyyəsində proqnozlaşdırılır.
Fondun 2020-ci il üçün gəlirləri neftin bir barelinin orta qiyməti 55 ABŞ dolları (2019-cu ildə $60) olmaqla hesablanıb.
2020-ci ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 10 milyard 563 milyon 404,5 min manat və ya fondun bütün gəlirlərinin 85,3%-ni təşkil edəcək.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar 765 milyon 340 min manat, ARDNF-in valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 31 milyon 271,7 min manat, neftin və qazın Azərbaycannın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 19,38 milyon manat, akrhesabı ödənişlər 4,692 milyon manat məbləğində proqnozlaşdırılır.
Fondun xərclərinin 200 milyon manatı məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə, 11 milyard 350 milyon manatı Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertə (yuxarı hədd), 10 milyon manatı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə, 29 milyon 910,3 min manatı isə Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə aiddir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət