Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə maliyyə sektorunda intensiv monitorinqlər aparmağı planlaşdırır. Bu barədə AMB-nin 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
“Maliyyə sektorunun monitorinqi intensivləşdiriləcək, maliyyə bazarlarında yarana biləcək sistem risklərinin və potensial böhran ehtimallarının aşkar edilməsi, buna yönəlmiş siyasət tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Stres-testlər əsasında AMB müxtəlif iqtisadi şoklara qarşı maliyyə sektorunun vəziyyətini önləyici qaydada simulyasiya edəcək”, - deyə sənəddə bildirilir.
Bank sisteminin sağlamlaşdırılması prosesi həyata keçirilərkən sistem əhəmiyyətli maliyyə institutlarında risklərin akkumulyasiyasının qarşısının alınması vacib prioritetlərdən biri olacaq. Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaq. Bunun üçün AMB bank sektorunda problemli kreditlərin həcminin daha effektiv şəkildə azaldılması və kredit təşkilatları tərəfindən yeni kreditlərin verilməsi zamanı təkmil risk idarəetməsi prinsiplərinin rəhbər tutulmasını təşviq edəcək”, - deyə bəyanatda vurğulanır.
Bundan başqa, bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli idarə olunması mexanizmlərinin yaradılması diqqətdə saxlanılacaq. Növbəti ildə bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi işləri görüləcək. Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2020-ci ildə də dəstəklənəcək. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi və stres-testləşmə potensialının yüksəldilməsi üzrə tədbirlər həyata keçiriləcək.
Real sektor müəssisələrinin, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və uzun müddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün hökumətlə birgə təşəbbüslər göstəriləcək.
Maliyyə bazarları üzrə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində səylər artırılacaq. “Sekyuritizasiya fəaliyyəti haqqında” Qanunun qəbulu üzrə işlərin davam etdirilməsi və əlaqədar normativ xarakterli aktların hazırlanması təmin ediləcək. Beynəlxalq maliyyə institutlarının istiqrazlarının emissiyası və tədavülünü tənzimləyən xüsusi hüquqi çərçivə yaradılacaq. İnvestisiya fondlarının fəaliyyətinin təşviqi məqsədilə müvafiq hüquqi çərçivəyə yenidən baxılacaq.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət