Azərbaycan sərhədçi əsgərinin qətlə yetirilməsi cinayətdir və bunun məsuliyyəti Ermənistanın üzərindədir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verir.
“7 yanvar tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyev şəhid olub. Vurğulamaq istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib”, - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin məlumatında bildirilib.
XİN-in qiymətləndirmələrinə əsasən, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu və Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərir.
“Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır”, - XİN-dən vurğulanır.
Nazirlik qeyd edir ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgərinin qətlə yetirilməsi “cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir”. Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanuna zidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir”, - bəyanatda deyilir. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət