2018-ci ildə fəaliyyətinin yekunları üzrə İcbari Sığorta Bürosunun (İSB) xalis zərəri 2017-ci ildə 545,711 min manat məbləğində mənfəətə qarşı 3 milyon 66,731 min manat təşkil edib.
Büronun maliyyə hesabatına əssaən, 2018-ci il ərzində İSB-nin təqvim haqlarından gəliri 7 milyon 893,297 min manat təşki edib (2017-ci illə müqayisədə artım 4,2% - İF).
Eyni zamanda, ilin yekunları üzrə Büronun əməliyyat gəliri 3 milyon 294,262 min manat təşkil edib (azalma 2,1 dəfə). Bu onunla izah olunur ki, 2018-ci ildə Büro kompensasiyalar üzrə ehtiyatlarln formalaşmasına 3 milyon 955,127 min manat yönəldib, baxmayaraq ki, 2017-ci ildə bu məqsədlərə 72,35 min manat yönəldilib.
2018-ci ilin yekunları üzrə İSB-nin vergiöncəsi gəliri 2 milyon 409,378 min manat təşkil edib. Lakin, hesabat ilində Büro 5 milyon 476,109 min manat məbləğində gəlir vergisi ödənişi edib (2017-ci ildə gəlir vergisi üzrə ödənişlər həyata keçirilməyib - İF). Nəticədə, Büronun xalis zərəri 3 milyon 66,731 min manat təşkil edib.
2018-ci ildə İSB-nin aktivləri 1,1% - 36 milyon 464,247 min manatadək, öhdəlikləri – 45,8% - 11 milyon 25,407 min mantadək artıb.
2019-cu ilin əvvəlinə Büronun ehtiyatları (kapitalı) 25 milyon 438,84 min manat təşkil edir (azalma 10,8%).
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
İSB-nin əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi və bu məqsədlə müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 100 min manat təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət