Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ildə 4,73 mln. sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
“2019-cu il baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıb”, - məlumatda bildirilir.
2019-cu ildə Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 4.1 mln. təşkil edib. İl ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 37 aviaşirkət uçuşlar həyata keçirib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min sərnişin), “Aeroflot” (Rusiya, 193 min sərnişin), “AirArabia” (BƏƏ, 169 min sərnişin), “UIA” (Ukrayna, 124 min sərnişin), “Qatar Airways” (Qətər, 106 min sərnişin), “Lufthansa” (Almaniya, 66 min sərnişin) və “SCAT” (Qazaxıstan, 62 min sərnişin) daxil olub.
“2019-cu il ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 5,56 mln. nəfər təşkil edib. Göstərilən müddət ərzində Naxçıvan aeroportu 646 min sərnişin ilə sıxlıq üzrə ikinci (2018-ci illə müqayisədə artım 1,5%), Gəncə aeroportu 154 minlikk sərnişin axını ilə üçüncü (artım 10%), Lənkəran aeroportu isə 18 min sərnişin axını ilə dördüncü olub”, - məlumatda qeyd olunur.
Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət