Nazirlər Kabineti İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
Xidmətlər zərfi ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi xidmət, ixtisaslaşdırılmış ambulator tibbi xidmət, stasionar tibbi xidməti əhatə edir.
Həmçinin, zərfdə tibbi xidmətin göstərilməsi şərtləri, eyni zamanda koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsini tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri ayrlca öz əksini tapıb.
Bundan əlavə, zərfdə müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar qeyd edilib. Öz səhiyyə rayonunda ailə həkiminə müraciət etmədən xəstəxanaya gedib müayinə olunan şəxslər 5 manat, öz səhiyyə rayonunda, amma qeydiyyatda olmadığı rayonda müayinə üçün 5 manat, stasionar xidmət üçün 30 manat ödəməlidirlər. Bu qəbildən olan şəxslər digər səhiyyə rayonunda müayinə olunmaq üçün 15 manat ödəməlidirlər.
Həmin şəxslər üçün 100 manatadək xidmətlər pulsuz, 100 manatdan yuxarı xidmət haqqı isə 90 manatdır.
O cümlədən, sənəddə gözləmə müddətinin tətbiqi şərtləri qeyd olunub. Belə ki, ixtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq; instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq; koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq təqdim olunmalıdır.
2020-ci ildə icbari tibbi sığorta sisteminin Azərbaycan ərazisində tam tətbiqi planlaşdırılır. Tətbiq 4 mərhəldə həyata keçiriləcək. Hər bir mərhələ gələn ilin müvafiq rübündə reallaşdırılacaq. İcbari tibbi sığorta I mərhələdə şimal hissəsi üzrə 20 rayon, II mərhələdə qərb bölgəsi üzrə 17 rayon, III mərhələdə cənub bölgəsində 14 rayon, IV mərhələdə isə Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda tam tətbiq olunacaq.
2020-ci il dövlət büdcəsində İTS-in tətbiqi üçün 902,9 mln. manat məbləğində vəsait nəzərdə tutulub.**
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət