Ermənistanın SU-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri alması ilə hava məkanında Azərbaycandan üstünlüyə malik olması barədə bəyanatları əsassızdır.Hərbi ekspert, Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edən, ehtiyatda olan polkovnik Oqtay Bədəlov belə hesab edir.
“SU-30SM yüksək manevretmə imkanına malikdir, Onun əsas xüsusiyyətləri isə sürətin 2121 km/saat, praktiki uçuş tavanının 17 km, döyüş radiusunun 1500 km, döyüş yükünün 8 ton, eləcə də “hava-hava” və “hava-yer” kimi müasir yüksək dəqiqlikli silahlarından istifadə etmək imkanına malik olmasıdır”, - Bədəlov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, ilk uçuşuna 2012-ci ildə başlayan SU-30SM yalnız 2018-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib.
“Maraqlıdır ki, tarix boyu bu tip təyyarələr və onların modernizə olunmuş variantları, o cümlədən texnik səbəblərdən bu günədək 15 dəfəyədək qəzaya uğrayıb. Bütün bunlar ondan xəbər verir ki, SU-30SM hələ də istismar təcrübəsi və hərbi döyüşlərdə istifadə təcrübəsi toplayır və təyyarənin bütün üstünlükləri və nöqsanlarının aşkar edilməsi üçün zaman tələb olunacaq”, - ekspert qeyd edib.
Onun sözlərinə görə, erməni mənbələri qeyd edirlər ki, Azərbaycanın Hava Hücumundan Müdafiəsinə (HHM) qarşı SU-30SM tərəfindən gələn əsas təhdid təyyarənin 100 km-dən 200 km qədər uzaqlıqdan tətbiq etmək imkanına malik idarəolunan “hava-yer” və radar əleyhinə raketləri (X-29, X-31 və X-58, X-59 sinif raketlər), eləcə də HHM vasitələrinə maneələrin qoyulması və qırıcının yüksək manevr bacarığıdır.
Bədəlov bildirir ki, SU-30SM qeyd olunan idarəolunan raketləri buraxması üçün qırıcı döyüş tətbiqi hündürlüyünü tutmalıdır. Bu hündürlük 5-15 km arasındadır. “Məhz bu yüksəklikdə Azərbaycan HHM qüvvələri göstərilən qırıcını mütləq aşkar və müşayiət edəcəklər. Bundan əlavə, hərbi əməliyyat teatrının mürəkkəb dağlıq relyefə malik olması, SU-30SM qırıcısının aşağı hündürlükdə hədəfə o qədər də yaxınlaşmasına və Azərbaycan HHM sistemləri tərəfindən görünməməsinə imkan vermir”, - o vurğulayıb.
Ekspertin rəyinə görə, hava hücumundan müdafiə döyüşünün aparılmasında ən mürəkkəb iş hava düşməninin erkən aşkar edilməsi, həmçinin hədəfin məhv edilməsi üçün vaxtında aviasiya və HHM aktiv vasitələrinə hədəfgöstərmənin vaxtında ötürülməsidir Bədəlov hesab edir ki, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (RƏM) sistemlərinə malikdir. “Azərbaycan öz HHM sistemini daim müasir vasitələrlə zənginləşdirir. Azərbaycanın HHM sistemi hazırda İspaniya şirkəti tərəfindən istehsal olunan, sutka ərzində istismar edilən və düşmənin bütün mövcud hava hücumu vasitələrinin (aerodinamik və ballistik) aşkar edilməsi, müşayiət olunmasına malik orta və uzaq mənzilli müasir “Lanza” radiolokasiya stansiyalari ilə əlavə olaraq təchiz edilib”, - ekspert deyib.
O qeyd edib ki, hava düşməninin yuxarıda göstərilən təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın hava hücumundan müdafiə qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, PUA, qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “İldırım-8” və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir.
“Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına və raket qoşunlarına malik Azərbaycan Ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir. Misal üçün, 2019-cu ildə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı icra edilən bir ssenariyə əsasən Türkiyə HHQ-nin F-16 qırıcıları Azərbaycanın HHM-ni aşa bilmədi və şərti olaraq məhv edildi. Yəqin ki, mənimlə razılaşarsınız ki, SU-30SM heç də F-16-dan üstün deyil”, - Bədəlov bəyan edib.
Ekspert “Tor-M2KM” zenit-raket kompleksinin texniki xüsusiyyətlərinə də toxunub. “Tor-M2KM” kiçik mənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhvetmə məsafəsi 15 km-ə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyektlərin hava zərbələrindən müdafiəsi üçün hazırlanmışdır. ZRK düşmənin pilotsuz uçuş aparatları, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər. Mətbuatda və ya rəsmi məlumatlarda “Tor-M2KM”-nin döyüş şəraitində tətbiqi barədə məlumatlar mövcud deyil və bu ZRK üçün vacib amildir. Bu ZRK-nı istismar edən mütəxəssislərlə söhbətlər zamanı həmin mütəxəssislər onun döyüş imkanlarını heç də yüksək qiymətləndirməyiblər”, - ekspert bəyan edib.
“Düzünü deyim ki, Ermənistanın “Tor-M2KM” ZRK-ya malik olmasının onlara hər hansı bir üstünlük verdiyini iddia etməsi gülüncdür. Azərbaycan HHQ-nin həm təyyarələrində, həm də helikopterlərində bu ZRK-nın məhvetmə əhatəsinə daxil olmadan onu sıradan çıxara bilən aviasiya məhvetmə vasitələri mövcuddur”, - ekspert bildirib.
O qeyd edib ki, HHM ekspertlərinin fikrincə, bu günə qədər ən perspektivli və məhsuldar kiçik mənzilli ZRK “Pantsir S1M” öz döyüş imkanlarına görə”Tor-M2KM” ZRK-ni xeyli üstələyən zenit-raket top kompleksidir.
Ekspert sual edib ki, nə üçün Ermənistan müasir yüksək texnoloji Su-35, Su-57 və “Pantsir S1M” silahlarını almadı. “Cavab çox sadədir – Ermənistan istehsalçı-ölkəyə artıq lazım olmayan silahları əldə edib”, - o vurğulayıb.
“Bu səbəbdən Ermənistanın 4 ədəd SU-30SM döyüş təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksini alaraq silahlanmada hər hansı bir üstünlüyə malik olması barədə bəyanatı əsassızdır və daxili auditoriyaya hesablanıb. Ermənistanın bu silahları almasına baxmayaraq, Azərbaycan hərbi hava qüvvələri yenə də Ermənistan tərəfini ən azı 3-4 qat üstələyir”, - Bədəlov yekun vurub. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət