Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” yatağından ilk qaz hasilatına 2020-2021-ci illərdə başlanıla bilər. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq (işlənmənin birinci mərhələsi çərçivəsində - İF), - Əliyev görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə bildirib.
Dövlət başçısının saytında prezidentin nitqi dərc olunub. İ.Əliyev həmçinin vurğulayıb ki, hələ 1990-cı illərdə “Abşeron” yatağında 300 milyard kubmetr həcmində qaz olduğuna dair Azərbaycan geoloqlarının bəyanatı bu gün “artıq təsdiqləndi”.
Öncə SOCAR-dan məlumat verilib ki, “Abşeron” yatağından qazın sahilə çıxarılması üçün infrastrukturun quraşdırma işlərinin tamamlanması və ilk məhsulun çıxarılması 2021-ci ildə nəzərdə tutulur.
2019-cu ildə SOCAR və TOTAL “Abşeron” yatağında 7411 metr dərinliyində «ABD-001» hasilat və qiymətləndirmə quyusunun qazma işlərini başa çatdırıb. Quyunun qazma işlərinə “Heydər Əliyev” yarımdalma qazma qurğusu ilə 2018-ci ilin may ayında başlanıb.
“Abşeron” yatağının işlənməsi üzrə I mərhələdə hasilatın həcmi illik 1,5 mlrd. kubmetr qaz təşkil edə bilər, Layihə çərçivısində bu rəqəm illik 5 mlrd. kubmetrə çata bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi Azərbaycanın daxili bazarına yönəldiləcək. O cümlədən, yataqdan gündəlik 10 min barrel kondensat hasil olunacaq.
2016-cı il noyabrın 21-də SOCAR və TOTAL arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsi üzrə I mərhələnin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və TOTAL (50% - operator) şirkətləridir.
Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yataq 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat ehtiyatına malikdir.**
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət