2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb. Bunu çərşənbə günü İdarənin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Həmçinin, 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72,9%) üzrə cinayət işi başlanıb. Qalan 86 material (27,1%) üzrə digər prokuror təsir aktları tətbiq edilib, 61 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub”, - Əliyev bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Baş İdarənin “161-Qaynar xətt”inə 3,849 min müraciət daxil olub. 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Nəticədə 47 nəfər məsuliyyətə cəlb edilib.
Əliyev vurğulayıb ki, 2019-cu ildə Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətləri ilə bağlı olub.
“2019-cu ildə məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş maddi ziyanın 74,7 %-nin ödənilməsi təmin edilib, yəni 83,2 milyon manatdan 62,1 milyon manat vəsaitin. Bu vəsaitin 21,8 milyon manatı ibtidai araşdırma mərhələsində qaytarılıb. Bundan əlavə, 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub”, - Əliyev bildirib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət