2020-ci il yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Caspian European Club-un birgə işçi qrupunun toplantısı keçirilib.
Dövlət Gömrük Komitəsi tərəfindən birgə işçi qrupuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov rəhbərlik edir. O, DGK-nın rəhbərliyi adından fəal əməkdaşlığa, sahibkarların üzləşdikləri problemlərin üzə çıxarılmasında və onların həlli üzrə təkliflərin öyrənilməsindəki birgə işə görə Caspian European Club-a minnətdarlığını bildirib.
“Son bir neçə ildə bizim birgə işçi qrupumuz biznes nümayəndələrini narahat edənmüxtəlif məsələlərin müzakirəsində çox fəal iştirak edib. Təklif edirəm bu toplantılar hər ay keçirilsin ki, biz də görülmüş işlərə yekun vura və operativ həlli tələb olunan məsələlərə dərhal reaksiya verə bilək”, - deyə Cavad Qasımov söyləyib.
Cavad QasımovPrezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyənləşdiridiyi hədəflərdən danışıb. Sədr müavini qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən bəhs edib və forum iştirakçılarını gələcək hədəflər barədə məlumatlandırıb.
“Bugünkü iclasda Caspian European Club nəqliyyat komitəsinin təmsilçiləri iştirak edirlər. Onlar öz fəaliyyətləri dövründə hər gün DGK-nın nümayəndələri ilə ünsiyyətdə olurlar. Biz sıx əməkdaşlığa və konstruktiv dialoqa görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edirik. Bundan sonra biz hər ay iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinin fikir, problem və təkliflərini öyrənəcək, onları əhəmiyyətliliyinə və mürəkkəbliyinə uyğun olaraq sistemləşdirəcək və qruplaşdıracaq, birgə işçi qrupumuz çərçivəsində müzakirəyə çıxaracağıq”, - deyə Telman Əliyev qeyd edib.
Caspian European Club-un bütün dövlət qurumları ilə birgə işçi qrupu var. Onların fəaliyyəti birbaşa və ya dolayısı ilə biznes subyektləri ilə əlaqəlidir. İşçi qruplarının fəaliyyəti Caspian European Club-un idarə heyətləri və şirkət top-menecerlərinin başçılıq etdikləri sahə və sahələrarası komitə rəhbərləri tərəfindən nizamlanır.
Sıralarında dünyanın 50 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Çexiya və Latviyada səlahiyyətli nümayəndələri var.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 6% artıb
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət