Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, hökumətin əsas vəzifəsi əhalinin həyat meyarlarını Aİ-nin standartlarına çatdırmaqdır.
“Əvvəlki illərdə infrastruktur layihələrə cox ciddi sərmayələr yatırdıq. Məhz buna görə Azərbaycan Ümumdünya İqtisadi Forumun qiymətləndirmələrinə əsasən enerjiyə çıxış üzrə ikinci yerdədir, ölkədə qazlaşdırılmanın səviyyəsi 96% təşkil edir. Biz 16 min km yollar, 3 mindən çox məktəb, 700 xəstəxana inşa etmişik. Bu dövlət investisiya proqramının bir hissəsidir. Lakin bu gün bizə idarəçiliyə yeni yanaşma – şəffaflıq və hesabatlılıq lazımdır. Biz həyat meyarlarımızı yaxşılaşdıraraq onları Aİ-nin standartlarına çatdırmalıyıq. Hesab edirəm ki, bu mümkündür, çünki bizim ciddi siyasi dəstəyimiz var”, - Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, yeni hökumət səylərini əsas çağırışlara yönəldəcək. “İqtisadi artımımız demoqrafik artıma uyğun olmalıdır. Müstəqillik illəri ərzində ölkə əhalisi 7 milyondan 10 milyon nəfərədək artıb. Demək əlavə infrastruktur, ərzaq tədarükü lazımdır. Hər il Azərbaycan əhalisi 100 min nəfərdən çox artır, bu deməkdir ki, bizə illik 100 min yeni iş yeri lazımdır. Bu asan deyil, məh buna görə hökumət yoxsulluğun səviyyəsini minimum həddə - 5%-dən az saxlamağa çalışır”, - prezident qeyd edib.
Əliyev vurğulayıb ki, ölkə hökuməti inflyasiyanı saxlamağa çalışır, ötən il bu göstərici 2,5% təşkil edib. “Əhalinin gəlirlərinin artımı hər zaman inflasiyanı ötməlidir, necə ki, iş yerlərinin yaradılması templəri demoqrafik artımı ötməlidir”, - dövlət başçısı bəyan edib.
Əliyev bildirib ki, həmçinin Azərbaycan xarici borcu azaltmağa çalışır. “Bu gün xarici borcumuz ÜDM-in 17%-ni təşkil edir, lakin biz bu göstəricini ÜDM-in 10%-dək azaltmaq istəyirik”, - o qeyd edib.
Həmçinin, prezident əhalinin, o cümlədən gənclərin məşğulluğunun təminatı məsələsinə toxunub. “Gənclər ölkənin idarəçiliyinə fəal cəlb olunublar. Biz könüllülər hərəkatı təşkil etmişik, on minlərlə şəxs dövlət sektorunda hazırlıq keçir. Sonra, özlərini daha yaxşı göstərənlər dövlət sektorunda işləmək imkanı əldə edirlər. Düzünü desəm, əksər ölkələrdə gəncləri küçələrdə görməyimizin səbəbi həyatdan narazılıq, hökumətə etimadın olmamasıdır. Hökumətlər (xaricdə - İF) çox vaxt hakimiyyətə gəlmək üçün populist şüarlardan istifadə edirlər, sonra isə vədlərini yerinə yetirmirlər. Azərbaycanda isə biz hər zaman sözümüzün üstündə dururuq, yerinə yetirə bilməyəcəyimizi vəd etmirik”, - Əliyev əlavə edib. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət