SOCAR və LUKOIL (Rusiya) şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda bir sıra perspektiv strukturlarla bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Yanvarın 22-də SOCAR və LUKOIL şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu İsveçrənin Davos şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və LUKOIL şirkətinin prezidenti Vahid Ələkbərov imzalayıblar”, - deyə SOCAR-ın məlumatında qeyd olunur.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, imzalanmış sənəd (Memorandum of understanding, MoU) tərəflərin sözügedən layihələr çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu göstərir.
“Bu mərhələdə tərəflər heç bir hüquqi öhdəlik götürmür, yalnız öz niyyətlərini ifadə edirlər. Əgər bu əməkdaşlıq davam edərsə, gələcəkdə kəşfiyyat və işlənilmə haqqında müqavilələrin bağlanmasından söhbət gedə bilər”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev və Rusiyanın LUKOIL şirkətinin prezidenti Vahid Ələkbərov yanvarın 21-də Davosda Azərbaycanın “Naxçıvan”, və “Qoşadaş” yataqlarının LUKOIL şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə edib.
“Qoşadaş” strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.
“Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Strukturun yerləşdiyi rayonda dənizin dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət