“VF Ukrayna” PrSC-nin səhmdarları dekabrın 4-də keçirilən növbədənkənar iclasda şirkətin Müşahidə Şurasnın tərkibini tam dəyişdirmək və müvafiq dəyişikliklərin daxil edilməsinə dair qərar qəbul ediblər.
Məlumata əsasən, səhmdarlar Müşahidə Şurasının üzvlərinin sayını 5 müəyyən etməyi qərəra alıblar.
Müşahidə Şurasının yeni üzvləri aşağıdakı şəxslər təyin olunublar: Rişad Əliyev, İmran Əhmədzadə, Yusif Cabbarov, Emin Kərimov, Meric Tunc.
Xəbər verildiyi kimi, 2019-cu ilin dekabr ayında “NEQSOL Holdinq” şirkətlər qrupu “J.P. Morgan Securities Plc” və “Raiffeisen Bank International A.G.” tərəfindən uğurla maliyyələşdirilən və “Vodafone Ukrayna” şirkətinin səhmlərinin 100%nin alışının yekunlaşdığını elan edib.
Öncə “NEQSOL Holdinq” Bakcell-in nəzarəti altında olan Telco Solutions and Investments MMC vasitəsilə “MTS” PSC İLƏ Ukraynadakı telekommunikasiya biznesinin alışına dair hüquqi öhdəçilik sazişi imzalayıb. Saziş çərçivəsində “MTS” “Allegretto s.a.r.l.” 100%-lik törəmə şirkəti vasitəsilə “Preludium B.V.” şirkətindəki 100% payını təqdibən 84 milyon ABŞ dolları məbləğində təxirə salınmış ödəniş daxil olmaqla, 734 milyon ABŞ dollara satıb.
“NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərərək, 25 ildən çox təcrübəyə malikdir. Şirkətlər qrupunun əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ, Banqladeş və digər ölkələrdə fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrup mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir.
İş adamı Həsənov NEQSOL Holding şirkətlər qrupunun təsisçisi 100%-li sahibidir. O cümlədən, bu şəxs Nobel Oil Services (UK) Limited, Nobel Oil E&P (UK) Limited (Nobel Upstream-in ticarət adı), Bakcell MMC və Norm ASC-nin sahibidir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət