S&P Global Ratings beynəlxalq reytinq agentliyi ortamüddətli dövrdə Azərbaycanın milli valyutasının ABŞ dolları nisbətində məzənnəsinin 1,7 AZN/$1 səviyyəsində qalacağını proqnozlaşdırır, lakin neftin qiymətinin ucuzlaşacağı halda məzənnənin dəyişəcəyini mümkün hesab edir.
“2017-ci ilin aprel ayından etibarən mübadilə məzənnəsi ABŞ dolları üçün 1,7 manat səviyyəsində stabilləşib, bu vəziyyət hökumət tərəfindən valyuta bazarında mütəmadi müdaxilə ilə dəstəklənir. Fikrimizcə, neftin qiyməti az əlverişli olacağı təqdirdə, rəsmi orqanlar 2015-ci ildə müşahidə olunduğu kimi mühüm həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək üçün mübadilə məzənnəsini korreksiya edə biləcəklər”, - S&P-nin analitikləri belə hesab edirlər.
Agentliyin proqnozlarına əsasən, 2020-2023-cü illərdə manatın dollara nisbətən orta məzənnəsi 1,7 AZN/$1 təşkil edəcək.
Azərbaycan hökuməti 2020-ci il üçün əsas vəzifələrdən birinin ölkədə makroiqtisadi sabitliyin təminatı, həmçinin ABŞ dolarına nisbətən stabil məzənnənin dəstəklənməsi olduğunu hesab edirlər. Cari il üçün məzənnə proqnozu 1,7 AZN/$1 təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət