S&P Global Ratings beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycanda neft hasilatının gündəlik 733 min barrelədək azalacağını, lakin ortamüddətli dövrdə tədricən artacağının və illik gündəlik 771 min barrel səviyyəsində stabilləşəcəyini gözləyir.
“2020-ci ildə meft hasilatının təxminən 3% - gündəlik 733 min barrelədək azalacağını, lakin sonra proqnoz dövründə (2024-cü ilədək - İF) gündəlik 771 min barrelə qədər səviyyədə stabilləşəcəyini gözləyirik. “Azəri-Çıraq-Günəşli” blokunda hasilatın həcmi bir qədər azalacaq, ancaq “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində kondensat hasilatının artması, o cümlədən, Abşeron arxipelaqının dayazsulu hissəsinin işlənməsi “AÇG” blokunda hasilatın azalmasını kompensasiya etməyə imkan yaradacaq”, - agentliyin məlumatında qeyd olunur.
Eyni zamanda, S&P-nin ekspertləri TANAP və TAP layihələrinin reallaşdırılması hesabına 2020-2023-cü illərdə qaz ixracının tədricən artacağını gözləyirlər.
“Növbəti 4-5 il ərzində, layihə tam gücünə çatacağında, qaz ixracının tədricən artacağını gözləyirik, bu da daha geniş iqtisadi dinamikanı gücləndirməlidir. TAP qaz kəmərinin tikintisinin başa çatmasının mümkün gecikməsi səbəbindən Azərbaycan qazı 2020-ci ilin sonunadək Avropaya çatmaya bilər”, - S&P-nin analitikləri belə hesab edirlər.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 mlrd.-dır.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin iyun ayından başlanılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihə 4,5 milyard avro həcmində qiymətləndirilir.
Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda orta gündəlik 764 min barrel neft hasil edilib.
Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2019-cu ildə Azərbaycanda 37 milyon 517,6 min ton neft hasil edilib (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 3,2%), 35 milyard 591,4 milyon kubmetr qaz hasil olunub (artım 16,3%).
Azərbaycan hökuməti 2020-ci ildə neft hasilatını 37,7 milyon ton, 2021-2023-cü illərdə - orta hesabla illik 38,4 milyon ton səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə qaz hasilatı 37,8 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır, 2024-cü ilədək hasilatın həcmi 47,4 milyard kubmetrədək artacaq. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət