“AccessBank” 2019-cu ilin IV rübü üçün maliyyə göstəricilərini açıqlayıb.
IV ərzində “AccessBank”ın aktivləri 73,61 milyon manatlıq artım nümayiş etdirərək 897,886 milyon manata çatıb.
“AccessBank”ın kredit portfeli də artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498,979 milyon manat həcmində olan xalis kredit portfeli IV rübün yekununa 536,428 milyon manata yüksəlib ki, bu da 37,449 milyon manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610,958 milyon manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99,8% kreditlər manat valyutasında verilib.
Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14,247 milyon manat artaraq 660,96 milyon manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159,822 milyon manat artıb.
IV rübün sonuna bank 13,782 milyon manat əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76,055 milyon manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16,063 milyon manat deməkdir.
Hazırda bankın məcmu kapitalı 76,09 milyon manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26,09 milyon manat çoxdur.
Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66,35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2,2 dəfə çoxdur.
“IV rüb üzrə maliyyə hesabatı “AccessBank”ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın noyabr və dekabr ayları üzrə gəliri 7 milyon manatdan çox olub. “AccessBank” müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olub. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir”, - deyə bankın maliyyə göstəricilərini şərh edən “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).*
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət