2019-cu ildə Azərbaycanın gömrük orqanları tərəfindən 13,443 min hüquqpozma faktı aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev məlumat verib.
“Bu faktlardan 866-sı cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyaları və digər cinayət predmetlərinin dəyəri 11 milyon 273 min manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 992 nəfərin (771 Azərbaycan vətəndaşı, 220 əcnəbi, 1 vətəndaşlığı olmayan) barəsində müvafiq tədbirlər görülüb”, – deyə o, rəsmi mətbuatda dərc olunmuş məqaləsində yazıb.
2019-cu il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsilə əlaqədar 393 fakt aşkar olunub.
“Bu faktlar üzrə ümumilikdə 1 ton 988 kq 628 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. 1 ton 821 kq 728 qram heroin, 74 kq 246 qram metamfetamin tutulub. Bundan əlavə, 63 kq 559 qram tiryək, 11 kq 501 qram həşiş qanunsuz dövriyyədən çıxarılıb. 2019-cu il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 490 nəfər, 416 kişi və 74 qadın olmaqla 367 nəfər Azərbaycan vətəndaşı, 122 nəfər əcnəbi (91 İran, 16 Gürcüstan, 5 Rusiya, 3 Ukrayna, 3 Pakistan, 2 Türkiyə, 1 Boliviya və 1 Braziliya vətəndaşı) və 1 vətəndaşlığı olmayan şəxs barəsində müvafiq tədbirlər görülüb, 79 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib”, - deyə məqalədə bildirilir.
S.Mehdiyevin sözlərinə görə, 2019-cu il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 12577 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 2154 hüquqi şəxs (o cümlədən 1010 xarici hüquqi şəxs) və 10440 fiziki şəxs (o cümlədən 3921 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 358 min 741 manat cərimə tətbiq olunmaqla, dəyəri 470 min 519 manat olan mallar məhkəmə orqanları tərəfindən müsadirə edilib.
Gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 310330 ABŞ dolları, 13585 avro, 6,531,350 rus rublu, 35000 türk lirəsi, 25400 Azərbaycan manatı, 11627 manat dəyərində gümüş zinət əşyaları, 1,293,908 manat dəyərində qızıl zinət əşyaları aşkar olunub.
“Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2 005 144 ədəd xaricdə istehsal olunan siqaret, 1305 ədəd siqar, 80894,7 litr spirtli içki saxlanılıb”, - deyə DGK sədri qeyd edib.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət