Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ildə fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin azaldığını qeyd edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2018-ci ilin yekunları üzrə 14,24%-ə qarşı 13,92% təşkil edib.
2019-cu ilin sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 5,9% təşkil edib, 2018-ci ilin sonuna bu göstərici 8,06%-ə bərabər olub.
Bununla yanaşı, 2020-ci ilin yanvar ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,8% (2018-ci ilin sonuna 9,3%), xarici valyutada 5,33% (6,13%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 16,63% (17,11%), xarici valyutada 8,01% (14,67%) təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması tendensiyası davam edib.
Xüsusilə ilin sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,27% (2018-ci ilin sonuna 9,58%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 1,84% (2,33%) təşkil edib.
31 dekabr tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 4,71% (5,53%), xarici valyutada 1,1% (1,43%) təşkil edib.
Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 9,68% (10,01%), xarici valyutada 2,4% (2,66%) təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət