“Qazprombank” ASC Azərbaycanı ən vacib istiqamətlərdən biri hesab edir və ölkədə bir sıra layihələr həyata keçirməyi planlaşdırır. Bu sözləri bankın birinci vitse-prezidenti Denis Kamışev deyib.
“MDB ölkələrində mövcud biznes maraqlarının coğrafiyasına gəlincə, Özbəkistan Respublikası ilə böyük qarşılıqlı maraq var. Əlbəttə, Azərbaycanla işləmək bizim üçün ən mühüm istiqamətlərdən biridir", - deyə o, «Russian Business Guide» jurnalına müsahibəsində bildirib.
D.Kamışevin sözlərinə görə, “Qazprombank”ın Azərbaycan biznesi, eləcə də respublika hakimiyyətinin müxtəlif subyektləri ilə qarşılıqlı münasibətlərində müsbət dinamika yaranıb. “Ən başlıcası, inkişaf strategiyası və Azərbaycan iqtisadiyyatının sabitliyinə inam həmişə olub. Kovboy variantı – “gəldilər, bir layihəni maliyyələşdirdilər, başqa ölkəyə getdilər” – qətiyyən bizə görə deyil. Qonşumuzun iqtisadiyyatı struktur baxımından bizim iqtisadiyyatımıza çox oxşardır: burada neft-qaz-kimya seqmenti əhəmiyyətli paya malikdir. Buna görə biz bu cür iqtisadiyyatın güclü tərəflərini və “ağrılarını” başqalarından daha yaxşı anlayırıq”, - deyə birinci vitse-prezident qeyd edib.
D.Kamışev vurğulayıb ki, SOCAR ilə dialoq "asan keçib". “Tərəfdaşının necə düşündüyünü anlayaraq, mümkün əməkdaşlıq formatını yaxşı dərk edirsən. İndi SOCAR respublikada bizim əsas tərəfdaşımızdır”, - deyə o qeyd edib.
D.Kamışev əlavə edib ki, “Qazprombank” Azərbaycanda yüksək sıxlıqlı polietilen və polipropilen istehsalı zavodlarının inşası üzrə iri layihədə iştirak edir. İstehsalat sahəsi Bakıdan 30 km məsafədə, Sumqayıt Kimya Sənaye Parkında yerləşir. “Layihə “SOCAR Polymer” adlanır. Ümumi dəyəri təxminən 800 milyon dollardır. Birinci zavod ötən ilin iyul ayında işə salınıb. Bu, respublika iqtisadiyyatı üçün ciddi irəliləyiş, bizim üçün isə çox maraqlı təcrübədir", – deyə I vitse-prezident vurğulayıb.
Onun sözlərinə görə, bank hazırda Azərbaycanda ikinci böyük layihəyə - “SOCAR GPC” qaz emalı və qaz-kimya kompleksinin tikintisinə başlayıb və burada layihənin təşəbbüskarlarının maliyyə məsləhətçisi qismində çıxış edir. Layihənin büdcəsi təxminən 4 milyard dollardır. Əlbəttə, bank bütün maliyyələşdirməni öz üzərinə götürə bilməz: məhz buna görə biz konsorsiumun tərkibində hərəkət edəcəyik. Biz bu layihənin gələcəyinə ümidlə baxırıq”, – deyə o əlavə edib.
Kamışev deyib ki, Azərbaycanda layihələrin həyata keçirilməsi üçün bank yerli maliyyə təşkilatları ilə fəal əməkdaşlıq etmək niyyətindədir. “Biz Azərbaycanın iki ən iri bankı – “PAŞA Bank” və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq haqqında saziş imzalamışıq. Azərbaycanda neft-kimya və neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat və logistika, rabitə və telekommunikasiya kimi prioritet sahələrdə investisiya layihələrinin birgə maliyyələşdirilməsi (faktorinq və lizinq alətləri tətbiq edilməklə) barədə razılığa gəlmişik”, - deyə o qeyd edib.
D.Kamışevin sözlərinə görə, Azərbaycanın bir çox şirkətləri uzun müddətdir Rusiyada uğurla fəaliyyət göstərir. "Mən təkcə SOCAR-ın törəmə müəssisəsi olan və birgə layihələr həyata keçirdiyimiz “SOCAR RUS” MMC-ni nəzərdə tutmuram. Azərbaycan iqtisadiyyatında Rusiyada törəmə biznesi olan bir çox holdinq var. Məsələn, respublikanın Rusiyanın bütün ən iri şəbəkələrinə yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ixrac edən ən böyük aqrar holdinqlərini götürək. Rusiya torpağında əməkdaşlığı davam etdirməyimiz tamamilə məntiqli olacaq, bu, yeni layihələr üçün potensialdır", - deyə o bildirib.*
A.Əzizov
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət