2019-cu ildə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 681,17 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 6,4% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 456 mln. 604,2 min manat (azalma 14,8%) və ya bütün bazar üzrə sığorta haqlarının 67%-ni təşkil edib.
Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 219 mln. 371,2 min manat (azalma 28,3%), qeyri-həyat sığortası üzrə sığorta haqları 237 mln. 233 min manat (artım 2,9%) təşkil edib.
2019-cu ildə icbari sığorta növləri üzrə sığorta haqları 224 mln. 572,6 min manat (artım 17,1%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (166 mln. 110,1 min manat), könüllü tibbi sığorta (95 mln. 110,1 min manat) və AVSMMİS (100 mln. 430,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Hesabat dövründə bu 3 sığorta növü üzrə sığorta haqqları sığortaçıların daxilolmalarının 53,2%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 301 mln. 536,7min manat (artım 25,5%) yönəldiblər.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 220 mln. 910,1 min manat (artım 28%) və ya bazar üzrə bütün ödənişlərin 73,3%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 121 mln. 797,8 min manat (artım 28,2%), qeyri-həyat sığortası üzrə ödənişlər 99 mln. 112,2 min manat (artım 27,7%) məbləğində olub.
2019-cu ildə icbari sığorta növləri üzrə ödənişlər 80 mln. 626,7 min manat (artım 18,9%) təşkil edib.
Hesabat dövründə sığortaçılar ən çox həyatın yaşam sığortası (120 mln. 547,9 min manat), könüllü tibbi sığorta (60 mln. 492,9 min manat) və AVSMMİS (67 mln. 235,6 min manat) üzrə daha çox sığorta haqqı ödəyiblr. Ümumilikdə, bu 3 sığorta növü üzrə ödənişlər 2019-cu il ərzində bazar üzrə bütün ödənişlərin 82,3%-ni təmin edib.
2019-cu ilin sonuna Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət lisenziyasına malik olub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət