Azərbaycan 2020-ci ildə xarici borcun azaldılması məqsədilə daxili dövlət borcunu bir qədər artırmağı planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
“Bu il xarici borcun mərhələli şəkildə azaldılması üzrə işi davam etdirəcəyik. Digər tədbirlər arasında həmçinin daxili dövlət borcunun bir qədər qrtımı planlaşdırılır”, - Şərifov “İnterfaks-Azərbaycan”a bildirib.
Bundan əlavə, nazirin sözlərinə görə, borc portfelinin strukturunun dəyişilməsi üzrə işlər görülür.
“Daha yüksək faiz dərəcələri zamanında cəlb olunan daha baha kreditləri imkan çərçivəsində ödəməyə çalışırıq və onları daha ucuz kreditlərin cəlb edilməsi ilə əvəz edirik. Lakin vurğulayım ki, bu imkan çərçivəsində baş tutur, çünki bir sıra kreditorların qoyduğu şərtlərə əsasən, öhdəliyin vaxtından əvvəl ödənilməsi borc alanın müəyyən cərimələrin ödənişinə məcbur edir. Bəzən həmin cərimələrin məbləğləri elə yüksək olur ki, öhdəliyin vaxtından əvvəl ödənilməsi sərf etmir”, - Şərifov bildirib.
Öncə Şərifov bəyan edib ki, 2020-ci ildə Maliyyə Nazirliyi xarici valyutada dövlət borcunun azaldılmasına imkan verəcək bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bununla yanaşı, daxili qiymət kağızlar bazarının inkişafı üçün dövlət qiymətli kağızlarının həcmi tədricən artacaq.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə Azərbaycanın xarici borcu ÜDM-nin 17,2%-ni təşkil edib, 2020-ci ildə isə 1 faiz bəndi azala bilər. Cari ildə xarici borca xidmət göstərilməsinə 1,7 milyard manat ($1 milyard) məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır.
Prezident İlham Əliyev 2018-ci il avqustun 24-də “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nı təsdiq edib. Sənədə əsasən, 2026-cı ilə qədər Azərbaycanın xarici borcu 2017-ci ilin sonuna ÜDM-nin 22,8%-dən ÜDM-nin 12%-dək azalacaq.**
Ə.Məmmədov
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət