Fevral ayında koronavirus ilə əlaqədar OPEC+ ölkələri nazirlərinin təcili görüşü gözlənilmir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
“Çox guman ki, koronavirus ilə əlaqədar OPEC+ ölkələri nazirlərinin plandankənar görüşü keçirilməyəcək. Bu məsələ ilə bağlı OPEC+ formatında müzakirələr davam edir. OPEC Katibliyi tərəfindən həmin müzakirələrin əlaqələndirilməsi həyata keçirilir. Müzakirələrə bilavasitə sazişə üzv olan ölkələr arasında aparılır”, - Şahbazov bazar günü jurnalistlərə bildirib.
Həmçinin, nazir xatırladıb ki, OPEC+ ölkələri nazirlərinin görüşünün mart ayından fevral ayının ortalarına keçiriməsinə dair təkliflər olub. “Lakin vəziyyət bir daha təhlil edilib və bu günə olan vəziyyətə görə, nazirlərin vaxtından əvvəl görüşü keçirilməyəcək, planlaşdırıldığı kimi, mart ayında baş tutacaq”, - Şahbazov bildirib.
O əlavə edib ki, koronavirus ilə əlaqədar neftin qiymətinin azalması 10%-i ötüb, lakin “indi vəziyyət stabilləşir”. Onun sözlərinə görə, neft bazarında vəziyyət qiymətlərin bir qədər bərpası iqtiqamətində dəyişir, bununla əlaqədar nazirlər görüşün martın əvvəlində keçiriləcəyini gözləyirlər, həmin görüşdə bu məsələ müzakirə olunacaq.
“O cümlədən, nazirlər OPEC+ Texniki Komitəsinin tövsiyyələrini nəzərdən keçirəcəklər”, - Şahbazov qeyd edib.
OPEC+ Texniki Komitəsi Çinin koronavirus təhlükəsinin nəticələrini aradan qaldırmaq məqsədilə üzv ölkələrinə neft hasilatını gündəlik daha 600 min barrel azaltmağı tövsiyyə edir. Bu, OPEC+ Nazirlər Komitəsi tərəfindən baxıla biləcək və daha sonra son qərarın qəbulu üçün bütün nazirlərə tövsiyyə edə biləcəyi sadəcə olaraq tövsiyyədir. **
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət