Fransanın Bakıdakı səfiri Zakari Qross hesab edir ki, 2020-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar yaranacaq.
“Dağlıq Qarabağ münaqişəsi regionun çiçəklənməsinə əngəl olur, sabitliyi pozur. O, münaqişə tərəflərinin xalqlarına baha başa gəlir. Münaqişə nəticəsində hər iki tərəfdən insan tələfatı olub və bu, indi də davam edir. Tamamilə əminəm ki, münaqişənin diplomatik dialoq vasitəsilə həlli yaranmış çətin vəziyyətdən yeganə çıxış yoludur”, - deyə səfir «Region plus».jurnalına müsahibəsində bildirib.
O hesab edir ki, mövcud status-kvo qəbuledilməzdir. “Fransa açıq şəkildə bildirir ki, danışıqlar prosesinə yeni impulsun verilməsi üçün səmimi danışıqlar tam formatda bərpa olunmalıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu istiqamətdə diplomatik səylərin göstərilməsi vacibdir”, - deyə Z.Qross qeyd edib.
Diplomat iki ölkə arasında dialoqun davam etməsinə görə nikbin olduğunu diqqətə çatdırıb. “Ötən ilin yanvarında Azərbaycanın xarici işlər naziri cənab Məmmədyarov Parisdə erməni həmkarı ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirakı ilə razılığa gəlib. Razılıqa əsasən, hər iki tərəf öz xalqını sülhə hazırlamaq üçün yeni təşəbbüslər irəli sürməlidir. Bu, asan iş olmasa da, artıq konkret addımlar atılmaqdadır. Bu mənada, bu yaxınlarda iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfərləri maraqlı idi. Lakin fərdi ünsiyyət (people to people), məhbusların mübadiləsi, stereotiplərin dağıdılması kimi məsələlərdə də irəliləmək lazımdır”, - deyə o vurğulayıb.
Səfir əlavə edib ki, Fransa, Rusiya və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, tərəflər arasında dialoqun bərpasına əllərindən gələn yardımı göstərməyə hazırdır. Bu gün onların bu əzmi hər zaman olduğundan daha güclüdür. Məqsəd bölgədə beynəlxalq qanunvericiliyə, beynəlxalq hüququn əsas norma və prinsiplərinə əsaslanan ədalətli, uzunmüddətli sülhə nail olunmasıdır. “Əminəm ki, 2020-ci ildə münaqişənin həllinə nail olunması üçün imkanlar qazanacağıq. Bu mənada prezident Makronun Avropanın təhlükəsizliyi ilə bağlı olan aktiv gündəmi, dünya liderləri ilə davamlı dialoqu müsbət amildir”, - deyə Z.Qross bildirib.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət