Azərbaycanda növbədənkənar parlament seçkiləri dürüst, ədalətli, azad və şəffaf olub, mövcud qanunvericiliyə uyğun keçirilib. Bu barədə “Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının hesabatında deyilir.
Missiyanın tərkibinə Dövlət Dumasının deputatları Aleksey Juravlyov, Sergey Marinin, Yelena Strokova, Boris Çernışov, Maksim İvanov, ekspertlər Lyudmila Kozlova, Oleq Kuznetsov, Yevgeni Kondraxin, Yelena Brızqalina, Valeri Fyodorov, Sergey Voronin, Yelena Marinina, Sergey Markov, Darya Qrevtsova, Ramin Qasımov, Aleksey Bıçkov daxil olublar.
Müşahidəçilər qrupu öz missiyasına fevralın 7-də başlayıb. Onun fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Müşahidə missiyası zamanı qrup Mərkəzi Seçki Komissiyası, yerli və beynəlxalq müşahidəçilərlə sıx əlaqə saxlayıb, açıqlıq və şəffaflıq prinsiplərini rəhbər tutub. Müşahidəçilər qrupunun ofisi Bakıda olub.
Seçicilər, müşahidəçilər və polislər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitab və materiallar çap edilib, həmçinin seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilib, KİV-lərdə elanlar yerləşdirilib. Seçicilər, müşahidəçilər və digər maraqlı şəxslər seçkilər haqqında (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) internet saytlarında zəruri informasiyaları almaq imkanlarına malik olublar.
“Səsvermə üçün qutular onların doluluğunu görmək üçün yetərincə şəffaf olub. Daxil olmuş informasiyalara uyğun olaraq, minə yaxın seçki məntəqəsində onlayn veb-kameralar quraşdırılıb. Müşahidəçilər qrupu namizədlər, bülletenlərin doldurulması və Seçki Məcəlləsinin pozulmasına görə cinayət və inzibati məsuliyyət barədə məlumatlar olan xüsusi stendlərin mövcudluğunu qeyd edib. Hər bir seçici şəxsən və təklikdə səs verib. Bülletenlər heç kimin daxil olmağa ixtiyarı olmayan kabinələrdə doldurulub və gizli səsvermə üçün bütün xüsusi texniki vasitələrə malik olub. Məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstəriblər. Səsvermənin keçirildiyi müxtəlif məntəqələrdə müşahidələr zamanı seçicilərin iradəsinə təsir göstərilməsi və ya səsvermənin gizliliyinin pozulması halları aşkar edilməyib”, - qrupun hesabatında deyilir.
Bundan başqa, məntəqə seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçki məntəqəsinə gələ bilməyənlər üçün imkanlar yaradılıb. Bu məqsədlə seçki məntəqələrində daşınan qutular olub.
“Bəzi tək-tük nöqsanlar və çatışmazlıqlar səsvermənin gedişatına və seçicilərin öz seçimini azad yerinə yetirməsinə heç bir təsir göstərməyib”, - hesabatda qeyd olunur.
Müşahidəçilər qrupunun üzvləri seçki məntəqələrinin bağlanılması, səslərin sayılması və səsvermənin yekunlarına dair protokolların tərtibi proseslərini izləyiblər və qeyd ediblər ki, bütün proses ölkənin seçki qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb.
“Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinə verdiyi qiymət onun üzvlərinin öz müşahidələri, qısamüddətli və uzunmüddətli monitorinq zamanı toplanmış qanunvericiliyin, material və informasiyaların öyrənilməsi və təhlilinə əsaslanıb. Ümumilikdə, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib. Bütün bunları nəzərə alaraq, seçkilərin dürüst, ədalətli, azad və şəffaf olduğunu və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə keçdiyini söyləmək olar”, - hesabatda qeyd olunur. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət