2019-cu ildə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 119 milyon manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«2019-cu ildə 119 milyon manat cərimə tətbiq edilib (2018-ci ildə 85,6 milyon manat, yəni 39% çox - İF). Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 3 milyon 999,1 min inzibati xəta (2018-ci ilin göstəricisi ilə müqayisədə artm 17,3%) aşkarlanıb”, - DSK-dən qeyd ediblər.
Xətaların 39,9%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,3%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 22,1%-i dayanma və ya durma qaydalarının pozulması, 9,3%-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,5%-i icbari sığorta haqqınsa müqavilənin imzalanmaması, 3,6%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
2019-cu ildə yol-nəqliyyat hadisələrinin sayı 2,9% - 1,87 minədək, zərərçəkənlərin sayı isə 3,7% - 2,523 min nəfərədək artıb.
“Ümumilikdə, yol qəzalarında 1,702 min nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 821 nəfər isə ölüb. Yol qəzalarında həlak olanların 77,6%-i və xəsarət alanların 72,9%-i kişilərdir”, - Komitədən qeyd olunub.
Yol-nəqliyyat hadisələrinin 87,5%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində 564 nəfər həlak olub, 1,631 min nəfər xəsarət alıb. 2018-ci ilin göstəricisi ilə müqayisədə həlak olanların sayı 1,4%, yaralananların sayı isə 0,2% artıb.
Bütün yol-nəqliyyat hadisələrinin 43,6%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bundan başqa, hadisələrin 44,9%-i gündüz, 35,5%-i gecə baş verib, 29,5%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
X.Nəsirzadə
Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü olub
Azərbaycan XİN: İrəvan Bakı ilə münasibətlərin normallaşdırılmasına hazır deyil
Rumıniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bu il Gəncədə 1,3 min ədədə yaxın Belarus traktorunun yığılması planlaşdırılır
Dövlət Məşğulluq Agentliyi Elektron əmək birjası yaradacaq
Belarus 2021-ci ildə Azərbaycandan neft alışını 25% artırmaq niyyətindədir
Qazax Rayon İcra Hakimiyyəti abadlıq işlərinin aparılmasına 1,4 milyon manat yönəldəcək
Gəncə Şəhər İH bir sıra obyektlərin tikintisinə 19 milyon manata yaxın vəsait yönəldəcək
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
DB: Qarabağda kommunikasiyaların açılması Azərbaycanı nəqliyyat mərkəzinə çevirəcək
Böyük Britaniya üçün Azərbaycan ən perspektivli tərəfdaşlardan biridir
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
“Nar” “Yeniliklər Dalğası” kampaniyasına start verir
Azexport “Baku Transit Forum 2021: Smart City” adlı beynəlxalq forum təşkil edəcək
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?