Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə beynəlxalq birlik Ermənistana təzyiqi gücləndirməlidir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq gücləndirilməlidir. Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, Dağlıq Qarabağ Ermənistan deyil. Heç kəs Dağlıq Qarabağdakı bu qanunsuz törəməni tanımır”, - Əliyev şənbə günü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.
Onun sözlərinə görə, Ermənistan nəinki Dağlıq Qarabağda, həmçinin ermənilərin yaşamadığı işğal olunan ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləımə həyata keçirib. “Onlar Azərbaycan ərazilərində azərbaycanlıların irsini məhv ediblər, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur. Dağlıq Qarabağda təqribən 189 min nəfər yaşayıb, onların təxminən 139 mini erməni, 48 mini azərbaycanlıdır. Lakin ermənilər həmin ərazilərdən azərbaycanlıları qovublar”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, ermənilər işğal olunmuş ərazilərdə bütün Azərbaycan toponimlərinin adlarını dəyişiblər.
“Azərbaycan danışıqlar hesabına ərazilərin qaytarılmasının mümkün olması ilə bağlı ümidi itirməyib. Ancaq Ermənistan tərəfinin hərəkətləri səbəbindən danışıqlar pozularsa, o zaman cavab tədbirləri görüləcək. Biz status-kvonu qorumağa çalışan təcavüzkar Ermənistanla danışırıq”, - o qeyd edib.
Prezident münaqişənin həllinin mümkün olduğunu hesab edir. “Birinci mərhələ - ərazilərin işğaldan azad olunmasıdır. İkinci mərhələ - Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasıdır. Düşünürəm ki, hər iki tərəf hazırdır, lakin ərazilər azad edilmədən bu mümkün olmayacaq. Biz hər zaman demişik ki, Azərbaycan multimilli ölkədir, ermənilər milli azlıq olaraq milli çoxluq kimi hüquqlara malik olacaqlar. Bu səbəbdən, münaqişənin həlli üçün Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır, Azərbaycan barəsində ərazi iddialarından imtina etməlidir, azərbaycanlılar tarixi torpaqlarına qayıtmalıdırlar, çünki buna qanuni hüquqları var”, - Əliyev bildirib.
O vurğulayıb ki, Dağılq Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq birlik bu regionu Azərbaycanın bir hissəsi olaraq tanıyır.
“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Əsas ərazilərin azad olunması və müvəqqəti daxili köçürülmüşşəxslərin geri qayıtmasıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə əngəl olmamalıdır”, - Əliyev qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın bütün liderləri müxtəlif yollarla status-kvonu qorumağa çalışıblar. “İşğal olunmuş ərazilərdə hərbi qulluqçuların 80%-dən çoxu Ermənistan hərbçiləridir. Onlar hesab edirlər ki, həmin əraziləri ömürlük saxlaya biləcəklər. Heç vaxt”, - Azərbaycan prezidenti əlavə edib.
Əliyev vurğulayıb ki, baş nazir Nikol Paşinyan öz oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin sıralarında xidmət çəkdiyini bəyan edərək, hərbi təcavüz faktını təsdiq edib.
Həmçinin, Azərbaycan prezidenti Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmək məsələsinə toxunub. “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”, - İlham Əliyev bəyan edib.**
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət