Azərbaycan və Macarıstan iki ölkənin biznes birlikləri arasında əlaqələrin və qarşılıqlı investisiya qoyuluşlarının həcminin genişləndirilməsi məqsədilə İşgüzar Şuranın yaradılması məsələsini müzakirə edir. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"2019-cu ildə Azərbaycan ilə Macarıstan arasında ticarət dövriyyəsinin həcmi 35,7 milyon dollar təşkil edib. Ticarət, nəqliyyat, kənd təsərrüfatı və xidmət sahələri üzrə Macarıstan şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir, investisiya sahəsində əməkdaşlığı genişləndirmək vacibdir", - deyə S.Babayev Budapeştdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında bildirib.
Nazirin sözlərinə görə, iki ölkə arasında mövcud əməkdaşlıq potensialı münasibətləri daha geniş miqyasda inkişaf etdirməyə imkan verəcək. O, xüsusilə enerji sahəsində əməkdaşlığın davam etdirilməsinin, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq potensialının öyrənilməsinin vacibliyini qeyd edib.
Macarıstanın xarici işlər naziri xarici ticarət naziri Peter Siyyarto, öz növbəsində, Budapeştin Bakı ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. O, birgə səylər nəticəsində bu əlaqələrin ildən-ilə genişlənəcəyinə, əməkdaşlıqda yeni müsbət nəticələrin olacağına əminliyini ifadə edib.
"Görüşdə qeyri-neft mallarının ixracı sahəsində gələcək əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
İclasda, həmçinin təhsil və elm sahəsində əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, bu sahələrdə idxal və ixracın mövcud potensiala uyğun artırılması, səhiyyə, mədəniyyət, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan tərəfi ölkənin turizm imkanları haqqında Macarıstanda məlumatlılığın artırılması, eləcə də turizm sahəsində təcrübə mübadiləsi üçün məlumat turlarının təşkil edilməsini təklif edib.
“Əmək bazarının tənzimlənməsi, məşğulluğa dəstək proqramlarının hazırlanması, sosial xidmətlərin göstərilməsi, tibbi-sosial reabilitasiya, gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət