Cari ilin 2-6 mart tarixlərində Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirin keçirilməsi bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.
Məlumata görə, sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin təşkili nəzərdə tutulur.
“İlk tədbir 2 mart tarixində baş tutacaq “Kibertəhlükəsizlik konfransı” olacaq.
“Kibertəhlükəsizlik konfransı”nda günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək. Konfransla paralel olaraq kibertəhlükəsizlik üzrə həllərin nümayiş etdiriləcəyi “Cyber village” sərgisi baş tutacaq”, - deyə məlumatda bildirilir.
“AzInTelecom” MMCtərəfindən “Hökumət Buludu” layihəsinin təqdimatı keçiriləcək, dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün Pentestinq, yəni nüfuz üzrə praktiki seminar olacaq.
Bununla yanaşı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində, həmçinin “Hackathon” (Capture the Flag) müsabiqəsinə start veriləcək. Müsabiqə çərçivəsində iştirakçılara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.
“Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirində yerli və beynəlxalq şirkətlər tərəfindən rəqəmli erada fərdi məlumatların mühafizəsi sahəsində Avropa İttifaqının Məlumat Mühafizəsinin Ümumi Qaydaları (General Data Protection Requlation – “GDPR”) əsas götürülməklə Avropa təcrübəsi ilə bağlı təqdimatlar və məruzələr dinləniləcək.
Azərbaycan Standartlaşdırma İnstitutunun və İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə Kibertəhlükəsizlik üzrə Beynəlxalq Sertifikatlaşdırma təlimi də keçiriləcək.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət