Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biri Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondunda anım tədbiri keçirildi.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni milliyətçilərinin Xocalıda törətdikləri vəhşiliklər barədə danışaraq, bu soyqırımın heç vaxt unudulmayaçağını, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığını qeyd etdi. İlk dəfə Xocalı soyqırımına siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildiyini və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edilməsi tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində faciə ilə əlaqədar faktların beynəlxalq ictimaiyyətə çatdırılıdığı xüsusi qeyd etdi.
Çıxışının sonunda V.Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, torpaqlarımız düşməndən azad ediləcəyi, şəhidlərimizin qanı yerdə qalmayacağını xüsusi vurğuladı.
Sonra tədbir iştirakçılarına Xocalı faciəsinin qurbanlarına həsr olunmuş “Böyüməyən uşaqlar” sənədli filmi nümayiş etdirildi.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət