Fevralın 28-də Bakıda keçirilməsi planlaşdırılan "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasında 13 ölkənin iştirakı təsdiqlənib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“İclasın hazırlıq işləri yekunlaşıb, toplantıda 13 ölkənin iştirakı təsdiqlənib”, - nazirlikdən qeyd olunur.
İclasın işində Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borchardt, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnava, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstanın energetika naziri Temenujka Petkova iştirak edəcəklər.
Bundan əlavə, iclasda Serbiyanın mədən və energetika naziri Aleksandar Antiç, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və İqlim Diplomatiyası Departamentinin direktor müavini Felix Moldovan, Xorvatiyanın ətraf mühitin mühafizəsi və energetika nazirinin köməkçisi Domagoy Validziç, Monteneqronun Enerji Tənzimləmə Agentliyinin Qaz, Neft və Lisenziyalaşdırma xidmətinin rəhbəri Zarko Juranoviç, Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın iqtisadiyyat, energetika və biznes mühiti nazirinin müavini Nikulae Havrilet iştirak edəcəklər.
O cümlədən, tədbirdə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson iştirak edəcəklər.
Həmçinin, tədbirdə BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB AD, Transgaz, SNGN Romgaz SA, UNİPER Global, Bulgargaz EAD, SACE, Plinacro şirkətləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının iştirakı nəzərdə tutulub.
“İclas iki plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada “Cənub Qaz Dəhlizi”nə üzv və layihəyə maraq göstərən ölkələrin təmsilçilərinin çıxışları nəzərdə tutulub”, - məlumatda qeyd olunur.
Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı keçən il fevralın 15-də, beşinci toplantı – 2019-cu il fevralın 20-də keçirilib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 milyard təşkil edir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət