2019-cu ilin dekabr ayının sonuna olan vəziyyətə görə, Dövlət Neft Fondunun aldığı qızılın ümumi həcmi 101,2 ton təşkil edir. Bu barədə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov deyib.
Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-nin investisiya portfeli $2 milyard 93 milyon dəyərində qiymətləndirilir və 50,953 tоn təşkil edib (1 milyon 638 min 186 troya unsiyası). Beləliklə, 2019-cu il ərzində ARDNF 50,2 tondan çox qızıl alıb.
“2019-cu ilin sonuna qızılın ARDNF-in investisiya portfelində ümumi həcmi 11,4% və ya 101,2 ton və ya 4,93 milyard dollar təşkil edib. 81 milyon dollar məbləğində alınan qızılın 1,77 tonu “AzerGold” QSC tərəfindən hasil edilən qızılın payına düşür. Qızıl alışları bazar qiymətlərinə uyğun olaraq həyata keçirilib”, - Məmmədov rəsmi mətbuata müsahibəsində bildirib.
Fondun icraçı direktoru qeyd edib ki, qızılın investisiya portfelinə daxil edilməsi portfelin şaxələndirilməsi və inflyasiyaya qarşı hedcinq siyasəti ilə bağlı olmaqla, ilk növbədə, strateji xarakter daşıyır.
“Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır”, - Məmmədov bildirib.
ARDNF 2012-ci ilin əvvəlindən etibarən qızıl almağa başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174,89 kq (970 145,51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668,041 min troya unsiyası) qızıl alıb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət