Azərbaycan və Türkiyə hər iki ölkənin vətəndaşları üçün vizasız qalma müddətini 30 gündən 90 günə qədər artırıb. Bu barədə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral məlumat verib.
“Hazırda Azərbaycan və Türkiyə vətəndaşları vizasız 30 gün müddətində turist kimi hər iki ölkəyə səfərlər edə bilərlər. Biz bu müddəti 90 günə qədər artıracağıq. Müvafiq saziş keçən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində imzalanıb”, - deyə diplomat “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vizasız qalma müddətinin artırılması qarşılıqlı səfərləri asanlaşdıracaq.
“Məhdudiyyətlər həm Azərbaycanda, həm də Türkiyədə vətəndaşların şikayətlərinə səbəb olurdu. Bu cür problemlərin həlli vacib idi və buna görə insanları səfərlər etməyə təşviq edən saziş bağlandı”, - deyə o vurğulayıb.
Qeyd edək ki, fevralın 25-də Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclasın yekunları üzrə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş 14 sənəd imzalanıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı vizadan azadetmə haqqında Saziş”i imzalayıblar.*
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət