Caspian European Club Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradzenin və Batumi şəhərinin meri Laşa Komaxidzenin fəxri qonaq qismində iştirak etdikləri növbəti CEO Brunch Baku təşkil edib.
Gürcüstanın səfiri CEO Brunch Baku iştirakçılarını salamlayaraq Gürcüstan və Azərbaycanın həyata keçirtdiyi çoxsaylı birgə layihələr barədə danışıb. “Gürcüstanda baş investorun məhz Azərbaycan olması bizim üçün çox xoşdur. Gürcüstan ərazisində çox sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir və biz Gürcüstan şirkətlərinin də Azərbaycan bazarında təmsil olunmasını istərdik”, - deyə o bildirib. Batumi barədə danışan səfir Acarıstanda yaradılmış turizmin inkişafı üçün olduqca cəlbedici şərtlərin olduğunu qeyd edib. Səfir həmçinin Bakı ilə Batumi arasındakı tarixi əlaqələri vurğulayıb və CEO Brunch Baku iştirakçılarına Nobel qardaşlarının ilk nefti Batumi limanı vasitəsilə nəql etdiklərini xatırladıb.
Batumi şəhərinin meri investisiya imkanlarının geniş təqdimatını keçirib və Batuminin yeni inkişaf strategiyası haqqında danışıb. Batumini bütün mövsümlərdə kurort zonaya çevirən Acarıstanda qış turizmi üçün imkanlar barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb. Baş plan əsasında yaradılmış həmin layihənin regionda ilk xizək kurortu olduğu, bunun isə öz növbəsində turistlərə yarımçıq infrastrukturdan narahat olmadan tam istirahət mühitinə köklənmələrinə imkan verdiyi vurğulanıb.
“CEO Brunch Baku çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecer və nümayəndələri onları maraqlandıran suallar ünvanlamaq və Gürcüstanda, xüsusilə Batumidə biznes layihələr həyata keçirmək imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
CEO Brunch Baku-nun sonunda şirkətlər ikitərəfli formatda Batuminin meri lə ünsiyyət qurmaq imkanından yararlanıblar”, - deyə Telman Əliyev söyləyib.
CEO Brunch (gec səhər yeməyi) formatı şirkətlərə qeyri-rəsmi şəraitdə bir-birləri ilə ünsiyyət yratmağa və partnyorlarını daha yaxından tanımağa imkan verir. CEO BrunchBakı ilə yanaşı, hər ay Tbilisi və Almatıda da təşkil olunur.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndələri, ABŞ, Almaniya, Polşa, Çexiya, Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət