Cümə axşamı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
Görüş zamanı Zakir Həsənov strateji tərəfdaşlığımızın yüksək səviyyədə olduğunu və bunun təkcə ölkələrimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Hərbi əməkdaşlığın regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli və NATO-nun keçirdiyi proqramlar çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını qeyd edən Z.Həsənov, bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bundan başqa, beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyinə və ərazi bütövlüyünü tanıdığına görə gürcü həmkarına bir daha minnətdarlığını bildirərək vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.
Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən İ.Qaribaşvili bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bir daha vurğulayıb. “Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib”, - məlumatda deyilir.
Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə
Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq
Heydər Əliyev Beynəlxalq Aeroportu “LOT” aviaşirkətinin ilk reysini qəbul edib
Bakı və Ankara arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsi sahəsində Anlaşma Memorandumu imzalanıb
Azərbaycanda ardıcıl iki gündür ki, COVID-19-a 11 yoluxma faktı qeydə alınıb
Azərbaycan prezidenti AXC-nin şərəfinə Bakıda ucaldılmış abidənin önünə gül dəstəsi qoyub
Azərbaycan Ermənistan hərbçisini qaytarıb
Paşinyan ABŞ-dan Qarabağla bağlı dəqiq mövqe gözləyir
Paşinyan Azərbaycanla münasibətlərin həllinin iki variantı barədə söz açıb
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Özbəkistan Azərbaycanla enerji sahəsində dialoqa açıqdır
«Yelo Bank tərəfindən verilən kreditlərin 63%-i biznesin dəstəyinə yönəlib»
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi
“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqladı
İyunun əvvəlində Bakı Enerji Forumu keçiriləcək