Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK) DGK və Caspian European Club-un birgə işçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsinə və Caspian European Club-a istinadən məlumat verilir.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Caspian European Club/Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev və klubun üzvü şirkətlərinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı DGK sədrinin müavini Cavad Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlardan bəhs edib və islahatlar çərçivəsində biznes mühitinə əlverişli şəraitin yaradıldığını, biznes nümayəndələri ilə gömrük orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, mütəmadi olaraq xarici ticarət iştirakçıları ilə müxtəlif görüşlərin keçirildiyini diqqətə çatdırıb.
Cavad Qasımov Dövlət Gömrük Komitəsinin Caspian European Club ilə əməkdaşlığa böyük önəm verdiyini, klubun təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirak etdiyini bildirib və bu ənənənin növbəti forumlarda da davam edəcəyini vurğulayıb.
Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev səmimi görüşə görə təşəkkürünü bildirib, onun təşkilatının Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. O həmçinin Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələrini Caspian European Club-un bu il martın 11-də "Nəqliyyat və logistika" mövzusunda təşkil edəcəyi foruma dəvət edib.
Görüşün sonunda qonaqların gömrük prosedurları və gömrük rəsmiləşdirilməsi ilə bağlı sualları cavablandırılıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məqsədi Azərbaycanın suverenliyini, iqtisadi və milli təhlükəsizliyini qorumaq, həmçinin xalqın sosial rifahını yaxşılaşdırmaq, beynəlxalq ticarətə yardım etmək, təhlükəsizliyi təmin etmək, gömrük rüsumlarını toplamaq və dövlət büdcəsinə köçürmək, həmçinin gömrük sahəsində dələduzluğun qarşısını almaq və beynəlxalq terrorizmlə mübarizə aparmaqdan ibarətdir.
Caspian European Club-un bütün dövlət qurumları ilə birgə işçi qrupları var. Onların fəaliyyətləri bilavasitə və dolayısı ilə biznes subyektləri ilə əlaqəlidir. İşçi qrupların fəaliyyəti Caspian European Club-un idarə heyəti, şirkətlərin top-menecerlərinin başçılıq etdikləri sahə və sahələrarası komitələrin rəhbərləri tərəfindən nizamlanır.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ Almaniya, Polşa, Çexiya Özbəkistan və Latviyada səlahiyyətli nümayəndələri var
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət