Azərbaycann müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə nazirlikdən məlumat verilir.
“Görüşdə tərəflər Azərbaycan Ordusunun zabitlərinin təcrübə mübadiləsi məqsədilə Almaniya Silahlı Qüvvələrinin qərargahlarında xidmət keçmələri, ordumuzun nümayəndələrinin Almaniya hərbi qulluqçularının cəlb edildiyi hərbi təlimlərdə müşahidəçi qismində iştirakı müzakirə olunub”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, regional enerji layihələrinin təhlükəsizliyinin birgə təmin edilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Həmçinin, Həsənov ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə səfirə məlumat verib. **
B.Rüstəmbəyov
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayı azalmağa davam edir
Baş Prokurorluq Bakıda fiziki şəxsin qanunsuz bank fəaliyyətinə görə cinayət içi açıb
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayı azalır
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Tsarukyan RF-nin səfiri ilə Ermənistanda və regionda vəziyyəti müzakirə edib
Fevralda Qarsda keçiriləcək Azərbaycan və Türkiyə hərbi təlimləri Ermənistanı qorxudub
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı.
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək