"SOCAR Methanol" MMC cari ilin iyul-avqust aylarında planlı təmirə dayandırılacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
"İyul-avqust aylarında Metanol zavodunun təxminən 1,5 ay müddətinə planlı təmirə dayandırılması planlaşdırılır. Müəssisənin bəzi avadanlıqları əsaslı təmir olunmalı, qalan qurğuların isə sazlığı yoxlanılmalıdır", - deyə o bildirib.
İdarə rəisi xatırladıb ki, “SOCAR Methanol”un məhsulları əsasən ixraca yönəldilir, buna görə zavodda aparılacaq planlı təmir işləri ölkə daxilində metanola olan tələbatın ödənilməsinə təsir göstərməyəcək.
Daha əvvəl İ.Əhmədov bildirmişdi ki, 2020-ci ildə SOCAR 480 min tona yaxın metanol istehsal etməklə istehsalın həcmini 2019-cu ilin göstəricisi ilə müqayisədə 25%-ə qədər artırmağı planlaşdırır.
Hökumətin məlumatına görə, 2019-cu ildə Azərbaycan $64 milyon 575,06 min dəyərində 388 min 392,9 ton metanol ixrac edib. Tədarükün əsas həcmi Türkiyənin ($29 milyon 691,12 dəyərində 181 min 371,7 ton) payına düşüb. Qalan həcm İtaliya, Misir, Niderland, Rumıniya və digər ölkələrə ixrac edilib.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu AzMeCo şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-nin sərəncamına verilmiş müəssisəni sonuncudan 810 milyon manata əldə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət