Hazırda neftin qiymətinin müşahidə edilən ucuzlaşması MDB-nin neft hasil edən ölkələri – Azərbaycan, Qazaxıstan və Rusiyanın banklarının krediti ödəmə qabiliyyətinə mənfi təsir göstərəcək, çünki özündə onların kapitalı və gəlirliliyinə təhlükə ehtiva edir. Bu barədə Moody`s Investors Service beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunur.
“Gələcəkdə iqtisadi vəziyyətin pisləşməsi bankların aktivlərinin keyfiyyətinin mühüm dərəcədə pisləşməsinə gətirəcək. Bundan başqa, bankların xalis faiz marjası bankların müştərilərin vəsaitinin geri alınmasının qarşısını almağa dair səyləri nəticəsində fondlaşmanın dəyərinin artacağı halda azalacaq. Bu, milli valyutada depozitlərin xarici valyutaya mümkün kütləvi konvertasiyası və milli valyutaların ucuzlaşması ilə şərtlənən inflyasiyanın qorunması məqsədilə mərkəzi banklar tərəfindən faiz dərəcələrinin artmasına səbəb ola bilər”, - Moody`s agentliyinin vitse-prezidenti, baş kredit eksperti Olqa Ulyanova belə hesab edir.
Agentliyin analitikləri qeyd edirlər ki, neftin qiymətinin aşağı düşməsi mühüm valyuta aktivlərinə malik olan bankların kifayətliliyinin azaldaraq, hər üç dövlətin milli valyutalarının zəifləməsinə gətirir.
“Azərbaycan manatının sabitliyi ARDNF-dən xarici valyuta satışı ilə dəstəklənir. Lakin, əgər uzun dövr ərzində neftin qiyməti cari rekord aşağı səviyyədə qalarsa, o zaman Azərbaycan hökuməti milli valyutanın devalvasiyası zərurəti ilə üzləşəcək”, - hesabatda deyilir.
Eyni zamanda, agentliyin mütəxəssisləri vuröulayırlar ki, likvidlik və kapitalın daha yüksək səviyyəsi, o cümlədən ankların dollarlaşmasının azalması hesabına, hazırda banklar 2014-2015-ci illərdə böhran dövrü ilə müqayisədə nisbətən zəifdirlər.
“Hazırda banklar 2014-2015-ci illərdə böhran dövrü ilə müqayisədə nisbətən zəifdirlər. O dövrdən etibarən tənzimlənmə normalarının sərtləşdirilməsi, risklərin idarəolunması və kreditləşmə standartlarının keyfiyyətinin artırılması bankların likvidlik səviyyəsi və kapitalının artımı və onların dollarlaşmasının azalmasına gətirib, bununla bankları neftin qiyməti tərəfindən şoklara nisbətən zəif edib”, - hesabatda qeyd olunur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət