NEQSOL Holding Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə 5 milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.
Buna əlavə olaraq, holdinqə daxil şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd expres testlər, eləcə də süni nəfəs aparatları və binaların girişində quraşdırılması məqsədi ilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilməklə aidiyyəti yerlərə təqdim edilməsi nəzərdə tutulub.
Operativ Qərargahın təlimatlarına uyğun olaraq, NEQSOL Holding və tərkibində olan şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə və yayılmasının qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.
İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən NEQSOL Holding-də və tərkibində olan şirkətlərdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən:
· İşçi heyəti və müştərilər arasında ofislərdə, istehsal sahələrində və xidməti mərkəzlərində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, yazılı və audio-video formatında təlimatlar hazırlanıb, “Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb
· İşçi heyətinin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, yaşlı insanlar üçün əlavə imkanlar yaradılıb, tədbirlər və iclaslar onlayn rejimə keçirilib, tikinti sahələrində işlər müvəqqəti dayandırılıb
· Evdən işləməsi mümkün olmayan işçi heyətinin, eləcə də müştərilərin təhlükəsizliyi üçün:
- ofislər, istehsal sahələri, müştəri xidməti mərkəzləri və nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb
- iş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib
- xüsusi rejimlə işləyən işçilər üçün mətbəxlərdə qida rasionu immunitet gücləndirici qidalarla zənginləşdirilib
- bir sıra hallarda iş saatları qısaldılıb, işçilər üçün nəqliyyat vasitələri təşkil edilib, “2 metr məsafə” qaydası tətbiq edilib və sair
· Müştərilərə onlayn və distant xidmətlərdən istifadə tövsiyə edilib, həmçinin mobil rabitə sahəsində abunəçilərə:
- mobil tətbiqetməsindən və 24 saat fəaliyyət göstərən əlaqə mərkəzinin xidmətlərindən istifadə tövsiyə edilib
- Əlaqə Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir
- Abunəçilər üçün “TƏBİB”in 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə pulsuz edilib
- NEQSOL Holding və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.
NEQSOL Holding və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.
NEQSOL Holding bütün əməkdaşlarına, müştərilərinə və tərəfdaşlarına müraciət edərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, hamını koronavirusla mübarizə üçün imkanlarını səfərbər edərək birləşməyə çağırır. NEQSOL Holding hər kəsi özünün və ətrafında olan insanların, xüsusilə yaşlı insanların qayğısına qalmağa çağırır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət