Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsünə qoşulan Yelo Bankın səhmdarları ölkədə koronavirusun (Covid-19) yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün 200 000 manat ayırıb.
Bu vəsaitdən 150 000 manatı artıq 2020-ci ilin martın 19-da yaradılmış Koronavirusla mübarizə fonduna köçürülüb.
"Yelo Bank Covid-19 ilə mübarizə istiqamətində ölkə rəhbərliyinin və hökumətin atdığı addımları dəstəkləyir. Hamı üçün çətin bir vaxtda biz həmrəylik nümayiş etdirməliyik. Biz Azərbaycan Respublikası prezidentinin təşəbbüsünü dəstəkləyirik, üstəlik, vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasının təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq", - deyə Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova bildirib.
Bankın rəhbəri onu da əlavə edib ki, Yelo Bank virusa yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət