NEQSOL Holding-in tərkibinə daxil olan və Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm ASC yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərini vaxtında və geniş şəkildə həyata keçirən qabaqcıl şirkətlər sırasındadır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna NEQSOL Holding tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində Norm Sement tərəfindən 1 milyon manat köçürülmüşdür.
Şirkət Azərbaycan Respublikası Prezidentinin çağırışına və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə uyğun olaraq zavod ərazisi və şəhər ofisində işçi heyəti və müştərilərinin sağlamlığını qorumaq məqsədilə aşağıdakı preventiv tədbirləri həyata keçirib və keçirməkdədir:
1. Ofis və zavod ərazisi tam şəkildə dezinfeksiya edilir, işçi heyəti və müştərilər maarifləndirilir, xüsusi dezinfektant və tibbi maskalarla təmin edilir;
2. İşçi heyətinin böyük əksəriyyəti “evdən iş” rejiminə keçirilib, bununla əlaqədar işçilər bütün zəruri resurslarla təmin edilib;
3. Norm Ustalar Klubunun üzvü olan ustalara online təlimlərə başlanılıb, iş və yaşayış yerlərində təlimatlara riayət edilməsi və ətrafdakı insanları bu barədə maarifləndirmək tapşırılıb və bu məqsədlə ustalara dezinfektə edici vasitələr paylanılacaq;
4. Müştəri şirkətlər və dilerlər yazılı şəkildə maarifləndirilir, onlardan iş yerlərində gigiyena və sosial izolyasiya qaydalarına əməl edilməsi tələb edilir
5. Zavod ərazisində xidmət göstərən təchizatçı və subkontraktor şirkətlər təlimatlandırılır, xüsusi gigiyenik vasitə və tibbi maskalarla təmin edilir, onlara şirkətdaxili maarifləndirilmə işlərinin aparılmasında dəstək göstərilir;
6. Qaradağ rayonu sakinlərinə virusla mübarizə təlimatlarını, gigiyena qaydalarını əks etdirən məlumatlandırcı broşurlar, aztəminatlı ailələrə dezinfektə edici vasitələr, maskalar paylanılır
Norm şirkəti hər birinizi koronavirusla mübarizədə aktiv olmağa, özünüzü və ətrafınızdakı insanları qorumaq məqsədilə Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərlə toplaşmamağa çağırır.
Şirkət olaraq daim işçilərinin və müştərilərinin qayğısına qalan, onların sağlamlığı üçün çalışan Norm Sement bu yoluxucu virusun qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini həyata keçirməyə davam edəcək.
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət